Tədbirlər

Gənc qan donoru məktəbi

3-4 avqust 2013-cü il tarixlərində Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Sağlam Ailə Tibb Mərkəzi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tərəfdaşlığı ilə “Gənclər arasında qan donorluğu könüllülüyünün təbliği” layihəsi çərçivəsində “Gənc qan donoru” məktəbi təşkil edilib.

Layihədə ali və orta təhsil məktəblərindən, eyni zamanda müxtəlif peşələrdə çalışan 35 gənc iştirak edib.

“Gənc qan donoru” məktəbində gənclərə Sağlam Ailə Tibb Mərkəzinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) peşəkar mütəxəssisləri tərəfindən qan donorluğu, qanla yoluxan xəstəliklər, könüllü qan donorluğu sahəsində görülə biləcək işlər və s. mövzular haqqında ətraflı məlumat verilib.

Məktəbin işi zamanı layihə çərçivəsində nəşr edilən “Qan donorluğu” adlı kitablar, maarifləndirici bukletlər paylanılıb. Layihənin sonunda “Gənc qan donoru” məktəbinin iştirakçıları sertifikatla təltif edilib.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi