2 aprel 2018-ci il tarixində “ASAN Xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatı ilə Füzuli rayonunda ödənişsiz tibbi müayinə aksiyası keçirilib.
Aksiyanın yüksək səviyyədə təşkili üçün rayon icra hakimiyyəti bütün təşkilati işləri həyata keçirərək, əhali arasında maarifləndirmə işi aparmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunması üçün zəruri tədbirlər görüb.
Aksiya çərçivəsində 450 vətəndaş müraciəti qeydə alınmış, sakinlər endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən keçib.