Baharın gəlişi və Novruz bayramı münasibətilə Azərbaycan Uşaq Fondu, “Sağlam Ailə” Tibb Mərkəzi və “Proaktiv” şirkətinin birgə təşkilatçılığı ilə 13 mart 2018-ci il tarixində Qobustan rayonunda “Novruz sevinci” adlı ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.
Aksiyada 400 uşaq terapevt, dermatoloq, pediatr, oftalmoloq, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən keçib.
Aksiyanın keçirilməsində əsas məqsəd əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, habelə dövlət siyasətinin, xüsusən Heydər Əliyev Fondunun xeyirxah missiyasının davamı olaraq aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etmək, əhalinin bayram sevincinə sevinc qatmaq olub.