19 sentyabr 2017-ci il tarixində “ASAN Xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatı ilə Göyçay rayonunda ödənişsiz tibbi müayinə aksiyası keçirilib.
Aksiya çərçivəsində 395 nəfər endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən keçib.
Əhalinin reproduktiv sağlamlığının qorunması mərkəzinin əsas məqsədlərindən biridir. Məhz bu məqsədlə Sağlam Ailə Tibb Mərkəzi ölkə əhalisinin tibbi müayinədən keçirilməsi üçün mütəmadi şəkildə respublikanın bir çox rayon, şəhər və qəsəbələrində səyyar tibbi müayinə aksiyaları təşkil edir.