6 – 7 oktyabr 2017-ci il tarixində “ ASAN Xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması məqsədilə Xırdalan şəhərində ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.
Məlumat üçün qeyd edək ki, bu gündən start götürən müayinələr zamanı təxminən 800 nəfərə yaxın rayon sakini tibbi aksiyanın xidmətlərindən yararlanıb. Müayinələr əsasən terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah həkimlər tərəfindən aparılıb. Müvafiq olaraq USM, EKQ və qanda şəkərin təyini müayinələrindən ödənişsiz şəkildə keçiblər.
Müayinədən keçən vətəndaşlara “Qanın kliniki analizi” üçün müayinə kuponu hədiyyə olunub.