10 avqust 2017-ci il tarixdə “Sabunçu Rayon İcra Hakimiyyəti” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Ramana qəsəbəsinin sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.
Aksiyada əhali pulsuz olaraq terapevt, endokrinoloq, USM, kardioloq, oftalmoloq, LOR, pediatr və ginekoloji müayinələrdən keçirilməklə 279 sakin müayinə edilib. Bununla yanaşı tibbi müayinədə iştirak edən hər bir vətəndaşa “Qanın kliniki analizi” üçün xüsusi kupon verilib.