26 oktyabr 2017-ci il tarixində Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhərində ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində 316 nəfərdən çox insan terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən ödənişsiz şəkildə keçiblər. Müayinədən keçən hər kəsə “Qanın kliniki analizi” üçün müayinə kuponu hədiyyə olunub.
Mütəmadi şəkildə keçirilən əhalinin kütləvi tibbi müayinəsi Sumqayıt sakinləri tərəfindən razılıqla qarşılanıb. Tibbi müayinədən keçən şəhər sakinləri müayinələrin təşkilindən, yaradılan şəraitdən razılıq edib, əhalinin sağlamlığına yönələn bu xeyirxah aksiyanın keçirilməsinə görə Sağlam Ailə Tibb Mərkəzinin həkim heyətinə minnətdarlıqlarını bildiriblər.