О нас

АдминистрацияКарьераЛицензии и наградыИстория развития

Çağrı Mərkəzi operatoru

“Sağlam Ailə” tibb mərkəzi çağrı üzrə operator vakansiyası elan edir.

Namizədə olan tələblər:

  • Ali və ya orta texniki təhsil (tibbi təhsil üstünlükdür);
  • Azərbaycan, rus dili biliyi - əla;
  • Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;

Qeyd:

  • İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
  • Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Şirkət daxili təlim və inkişaf imkanları.

Vəzifə və öhdəliklər:

  • Çağrı Mərkəzinə edilən müraciətləri qəbul edir, aidiyyatı şəxslərə yönləndirir;
  • Tibbi xidmətlər üçün müraciət edən vətəndaşların qeydiyyatını aparır, pasiyent şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır;
  • Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
  • Müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları pasiyentə verir;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Call center operator” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi