О нас

Администрация Карьера Лицензии и награды История развития

Həkim-ekspert

Sağlam Ailə tibb mərkəzi  Həkim ekspert vakansiyası elan edir:

       Vakant vəzifə haqqında:

  •  Müalicə-diaqnostika prosesinin keyfiyyətini və xəstələrin müayinə, müalicə və qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin edir.
  •  Müalicə-diaqnostika prosesinin vəziyyətinin planlı və plandankənar yoxlamalarını aparır, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlər görür.
  •  Tibbi sənədləşdirmənin, onların aparılmasının keyfiyyətinin, xəstələrin müayinə və müalicəsi metodlarının düzgünlüyünün və məqsədəuyğunluğunun yoxlamalarını həyata keçirir.
  •  Profilaktika, diaqnostika və müalicənin səmərəli metod və vasitələrini, müalicə-profilaktika yardımın göstərilməsi üzrə yeni təşkilati formalarını praktikada tətbiq edir.
  •  Müəssisə üzrə struktur bölmələrinin növbətçilik cədvəlini tərtib edir.


        Namizədə olan tələblər:

  • Ali tibbi təhsil;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktlarını bilməli;
  • Sosial gigiyena və səhiyyənin təşkilinin nəzəri əsaslarını bilməli;
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının və tibbi sosial ekspertizanın təşkilini bilməli;
  • Dövlət sanitariya-epidemioloji nəzarətinin əsaslarını bilməli;
  • Dispanserləşdirmənin nəzəri əsaslarını, prinsip və metodlarını bilməli;
  • Sanitar-maarifləndirmənin təşkilini bilməli;


         İş şəraiti:

  •   AR əmək məcəlləsinə əsasən sənədləşmə
  •   İş günü: 6 gün
  •  Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;
  •  Özü və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;


    Müraciət:

    Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlərin hr@saglamaile.az  e-mail ünvanına  “Həkim Ekspert” qeyd etməklə CV göndərməsi zəruridir.