О нас

АдминистрацияКарьераЛицензии и наградыИстория развития

Laborant

"Sağlam Ailə" Tibb mərkəzi Laborant vakansiyası elan edir.

Namizədə olan tələblər:

- Orta tibbi təhsil (laboratoriya işi ixtisası üzrə);
- Məsuliyyətli və komandada işləmə bacarığı;

Vakant vəzifə haqqında:

 -Laborant həkim-mütəxəssisin rəhbərliyi altında laboratoriya tədqiqatlarını aparır və bunun üçün laboratoriya aparatlarını, reaktivləri, kimyəvi qabları, əlverişli şəraiti, boyayıcı və dezinfeksiyaedici məhlulları müstəqil şəkildə hazırlayır;
 -Tədqiqat üçün daxil olmuş bioloji materialı qəbul edir və qeydiyyata alır, onun qablaşdırılmasının və çatdırılma vaxtının lazımi tələblərə uyğunlunu yoxlayır;
 -Laboratoriya alətlərinin, qablarının və s. sterilizasiyasını aparır;
 -Tədqiqatın nəticələrini həkimə təqdim edir;
 -Müvafiq  biomateriallardan yaxmanın hazırlanmasını və boyanmasını təmin edir;
 - Laboratoriya arxivində  olan qan numunəsinə əlavə muayinə olunan zaman,biomaterialı həkimə təqdim edir və arxiv jurnalına qeyd edir;
 -Daxil olan biomateriallara nəzərat etmək, bakteriologiya şöbəsinə gələn biomaterialları təhvil vermək və günün sonunda bakteriologiya şöbəsinə aid olan biomaterialların soyuducuya yerləşdirir;

Qeyd:
 - İş qrafiki: 6 gün (həftəlik 36 saat);
 - Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
 - Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
 - Şirkət daxili təlim və inkişaf imkanları.

 

Müraciət etmək üçün CV-nizi hr@saglamaile.az elektron ünvanına “Laborant“ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq.

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi