Sağlam Ailə tibb mərkəzi Tibbi koordinator vakansiyası elan edir:
Vakant vəzifə haqqında:
- Klinikaya müraciət edən pasiyentləri qəbul edir, Pasient şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır;
- Laborator və funksional müayinələrə hazırlıq, onların aparılma qaydaları haqqında məlumatlandırır;
- Lazım gəldiyində pasientlərə müayinələrin seçilməsində tövsiyyələr verir və müayinə nəticələrini interpretasiya edir, nəticələrlə bağlı izahlar verir, müvafiq maarifləndirmə işi aparır;
- İstəyə əsasən Xidmətlərin müqayisəli tövsiyyəsini etmədən tibbi xidmətləri təklif edir (Qəbul həkiminə yönləndirir /Chek-up xidmətlər təklif edir / dar ixtisaslı həkimə yönləndirir)
Namizədə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan, rus dili biliyi - əla;
- Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş günü: 6 gün
- Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Tibbi koordinator” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.