Общий

Covid-19 virusuna xəstələnən zaman qanda müəyyən göstəricilər də dəyişikliklər yaranır. Hansı ki, bu göstəricilərlə pasiyentin vəziyyəti dəyərləndirilir və buna uyğun addımlar atılır.

Prokalsitonin -Test bakterial infeksiyaları digər iltihab səbəblərindən ayırmaq, bakterial infeksiyanın şiddətini qiymətləndirmək və antibiotik müalicəsinə başlamaq və ya dayandırmaq üçün göstəriciləri aydınlaşdırmaq üçün istifadə olunur.

Protrombin müddəti (İndeks +INR)- Protrombin qaraciyər tərəfindən ifraz edilən, qanın laxtalanmasına təsir edən faktordur. 


Qanın kliniki analizi orqanizm haqqında ümumi məlumat verir(anemiyalar,iltihabi prosesin gedişi və s.). Bura leykositlər, eritrositlər, hemoqlobin, trombosit göstəriciləri və EÇS daxildir.

CRP (C-reaktiv zülal)- qandakı miqdarı xəstəliyin aktivliyi və mərhəsindən çox asılıdır. Müxtəlif mənşəli  iltihabi proseslərdə, parazitar infeksiyalarda, travma və şişlərdə dəfələrlə yüksəlir. CRZ-ni tez-tez EÇS ilə müqayisə edirlər. Hər iki göstərici xəstəliyin başlanğıcında kəskin yüksəlir. 

D-dimer- Qanda D-dimerin konsentrasiyasına trombun artması, antikoaqulyantların qəbul olunması, D-dimerin səviyyəsinin artmasına səbəb olan trombolitik terapiya təsir edir.

Kreatinin adətən böyrək xəstəliyi və ya böyrək çatışmazlığının diaqnozu və təqibi üçün verilən, çox vaxt qanda yoxlanılan bir analizdir. Böyrək işinin normal olub olmadığını öyrənmək üçün edilən testlərdən biridir.

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.