Sağlam xəbər

Sağlam Ailə Tibb Mərkəzi ilkə imza atdı!

Sağlam Ailə Tibb Mərkəzi Azərbaycan səhiyyə sistemində bir ilkə imza atdı.
Belə ki, Türkiyə Akkreditasiya Qurumunda (TürkAK) aparılan yoxlamalar nəticəsində Sağlam Ailə Tibb Mərkəzi Azərbaycanda TÜRKAK akkreditasiyalı ilk tibbi laboratoriya statusu qazanmışdır.

TS EN ISO 15189 keyfiyyət nişanı tibbi laboratoriyalarda təhlükəsizliyi, pasiyentlərin və müalicəyə birbaşa cavabdeh olan klinik heyətin tələb etdiyi dəqiqliyi və keyfiyyətli xidmət göstərməyi əhatə edir.

Sertifikat Türkiyə Akkreditasiya Qurumunun Baş katibi Banu Müderrisoğlu tərəfindən Sağlam Ailə Tibb Mərkəzinin İcraçı direktoru Nigar Rüstəmliyə təqdim edilmişdir.

Fəaliyyətində xidmətlərini daima təkmilləşdirməyə xüsusi önəm verən və pasiyentlərinə yüksək keyfiyyətli xidmət göstərən Sağlam Ailə Tibb Mərkəzi üçün pasiyentlərin məmnunluğu və xidmətlərə qarşı loyallığı müstəsna əhəmiyyət daşıyır.

Məhz bu səbəbdən, Sağlam Ailə Tibb Mərkəzi yarandığı gündən etibarən keyfiyyətli və dəqiq nəticəyə istiqamətlənmiş laborator xidmət üzrə ölkədə innovativ metodları tətbiq etməyə davam edir.

 Qeyd etmək istərdik ki, Sağlam Ailə Tibb Mərkəzi 2014-cü ildə ISO 15189:2012 sertifikatına da layiq görülmüşdür.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi