Медицинская информация

Maqnezium (Mg) nədir?

Maqnezium əzələ yığılması, sinir funksiyaları, sümüklərin möhkəmliyi və enerji istehsalı üçün həyati önəmə sahib bir mineraldır. Orqanizmə yalnız qida ilə daxil ola bilir və nazik bağırsaqlardan qana sovrulur. Orqanizmdə olan maqneziumun sadəcə 1 faizi qanda olur, geri qalanı sümük, hüceyrə bə toxumalarda toplanır.

Orqanizmdə maqnezium çatışmazlığı adətən malabsorbsiya sindromunun səbəb olduğu qidalanma pozulması və maqneziumun böyrəklərdən çox miqdarda xaric edilməsi nəticəsində yaranır.  Hipermaqneziumemiya isə çox miqdarda maqnezium tərkibli antiasidlərin istifadəsi və böyrəklərin maqneziumu xaric etmə qabiliyəti zəiflədikdə meydana gəlir.

Maqnezium tərkibli qidalar üçün linkə keçid edin

Yüngül formalı maqnezium çatışmazlığı zamanı heç bir əlamət olmaya bilər. Lakin davamlı və ağır formalarında ürəkbulanma, iştahanın olmaması, yorğunluq, diqqət dağınıqlığı, əzələ tutulmaları , ürək ritminin  dəyişməsi kimi əlamətlərlə özünü göstərir. Həmçinin kalsium metabolizmasını pozaraq kalsium defisitini şiddətləndirir. Qanda maqnezium miqdarının çoxluğu zamanı ürəkbulanma, əzələ zəifliyi, iştahın itməsi, aritmiya kimi əlamətlər daxil olmaqla maqnezium çatışmazlığına bənzər əlamətlər görsənir.

Maqnezium azlığına kimlərdə rast gəlinir?

Maqnezium azlığığı orqanizmə ya yetərli miqdarda maqneziumun daxil olmaması ya da orqanizmdən çox miqdarda xaric olması nəticəsində yaranır.  Aşağıdakı hallarda daha çox rast gəlinir:

  • Qidalanma pozuntusu olan yaşlı şəxslərdə
  • Həzm sistemi xəstliyi olan şəxslərdə
  • Müalicə olunmayan diabeti olanlarda
  • Hipoparatireodizm
  • Uzun müddətli diarrea
  • Uzun müddət diuretiklərdən istifadə
  • Ağır yanıqlar
  • Pre-eklampsiya

Maqnezium çoxluğu nadir hallarda qidalanma ilə əlaqəli olur. Adətən qida əlavələrindən çox istifadə və maqneziumun orqanizmdən xaric olunmasının pozulması zamanı rast gəlinir. Bu hallar:

  • Son mərhələsində renal xəstəliklər
  • Hiperparatireodizm
  • Hipotireodizm
  • Dehidratasiya
  • Diabetik asidoz
  • Addison xəstəliyi
  • Maqnezium tərkibli antiasidlərin istifadəsi

Maqnezium analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.
Onlayn qeydiyyat üçün http://www.saglamaile.az saytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz.