Мероприятия

Global Woman Awards

23 Mart 2022-ci il tairixində Bakıda “Global Woman Awards” mükafatlarının təqdimetmə mərasimi keçirilib. Beynəlxalq «BusinessWoman» jurnalının rəsmi tərəfdaşlığı ilə “Reputation” PR və biznes platforması tərəfindən təşkil olunan layihədə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən olan uğurlu fəaliyyətləri ilə seçilən, ölkənin ictimai-siyasi, mədəni və iş həyatında böyük nüfuza sahib olan xanımlar iştirak edib.

Sağlam Ailə Tibb Mərkəzinin İcraçı direktoruNigar Rüstəmli Tibb sahəsindəki uğurlu fəaliyyətinə görə mükafata layiq görülən xanımlar arasında yer alıb.
Nigar xanım Təşkilat komitəsi tərəfindən Tibb sahəsindəki uğurlu fəaliyyətinə görə mükafatlandırılıb.

“Global Woman Awards" layihəsinin əsas məqsədu uğurlu qadınları ictimaiyyətə daha yaxından tanıtmaq, onların işlərini təqdir etməklə digərlərinə ilham vermək, uğur qazanmaları üçün həvəs oyatmaq, sosial həyata daha çox addım atmalarına səbəb olmaqdır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi