Vəzifə və öhdəliklər:
• Şöbələrdən daxil olan sifarişlərin qəbul edilməsi, təhlili və təsdiq prosesindən sonra icrasının təmin olunması;
• Sifarişlərin keyfiyyətli və sərfəli qiymətlə mal-material, iş və xidmətlə təmin edilməsi;
• Tender, kotirovka və təklif sorğularının hazırlanması və həyata keçirilməsi;
• Alınan malların standartlara və texniki tələblərə uyğunluğuna nəzarət edilməsi;
• Tədarükçülərin araşdırılması, qiymətləndirilməsi və yeni əməkdaşlıqların qurulması;
• Mal-materiallar üzrə mütəmadi bazar və qiymət araşdırmalarının aparılması;
• Tədarükçülərlə müqavilələrin hazırlanması və bağlanmasının təmin edilməsi;
• Müqavilələrin icrasına dair uçot və nəzarətin aparılması;
• Ödənişlərin nəğdsiz qaydada (bank köçürməsi vasitəsilə) həyata keçirilməsinin təmin olunması;
• Aşağıdakı istiqamətlər üzrə məhsulların yerli bazardan satın alınmasının həyata keçirilməsi:
- İT texniki təminat malları;
- Dəftərxana ləvazimatları;
- Ərzaq və mətbəx malları;
- Təmizlik və dezinfeksiya vasitələri;
- Təmir-tikinti materialları;
- Mebel və digər inventarlar.
Namizədə tələblər:
• Ali təhsil (iqtisadi və ya texniki sahə üzrə təhsil üstünlükdür);
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
• Punktual, məsuliyyətli, çevik və nəticəyönümlü olmaq;
• Analitik düşüncə, dəqiqlik və detallara diqqət yetirmək bacarığı.
Biz sizə nə təklif edirik:
• İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00 (40 saatlıq iş həftəsi);
• Mehriban və peşəkar kollektivdə çalışma imkanı;
• Klinikada təqdim olunan xidmətlərdən əməkdaş və ailə üzvləri üçün xüsusi endirimlər.
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində mütləq “Təchizat və Satınalma üzrə Mütəxəssis” qeyd etməklə (əks halda müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
About
