О нас

АдминистрацияКарьераЛицензии и наградыИстория развития

Təchizat və Satınalma üzrə Mütəxəssis

Vəzifə və öhdəliklər:
•    Şöbələrdən daxil olan sifarişlərin qəbul edilməsi, təhlili və təsdiq prosesindən sonra icrasının təmin olunması;
•    Sifarişlərin keyfiyyətli və sərfəli qiymətlə mal-material, iş və xidmətlə təmin edilməsi;
•    Tender, kotirovka və təklif sorğularının hazırlanması və həyata keçirilməsi;
•    Alınan malların standartlara və texniki tələblərə uyğunluğuna nəzarət edilməsi;
•    Tədarükçülərin araşdırılması, qiymətləndirilməsi və yeni əməkdaşlıqların qurulması;
•    Mal-materiallar üzrə mütəmadi bazar və qiymət araşdırmalarının aparılması;
•    Tədarükçülərlə müqavilələrin hazırlanması və bağlanmasının təmin edilməsi;
•    Müqavilələrin icrasına dair uçot və nəzarətin aparılması;
•    Ödənişlərin nəğdsiz qaydada (bank köçürməsi vasitəsilə) həyata keçirilməsinin təmin olunması;
•    Aşağıdakı istiqamətlər üzrə məhsulların yerli bazardan satın alınmasının həyata keçirilməsi:
-    İT texniki təminat malları;
-    Dəftərxana ləvazimatları;
-    Ərzaq və mətbəx malları;
-    Təmizlik və dezinfeksiya vasitələri;
-    Təmir-tikinti materialları;
-    Mebel və digər inventarlar.

Namizədə tələblər:
•    Ali təhsil (iqtisadi və ya texniki sahə üzrə təhsil üstünlükdür);
•    Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
•    MS Office proqramlarında sərbəst işləmək bacarığı;
•    Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
•    Punktual, məsuliyyətli, çevik və nəticəyönümlü olmaq;
•    Analitik düşüncə, dəqiqlik və detallara diqqət yetirmək bacarığı.

Biz sizə nə təklif edirik:
•    İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00 (40 saatlıq iş həftəsi);
•    Mehriban və peşəkar kollektivdə çalışma imkanı;
•    Klinikada təqdim olunan xidmətlərdən əməkdaş və ailə üzvləri üçün xüsusi endirimlər.

Göstərilən tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində mütləq “Təchizat və Satınalma üzrə Mütəxəssis” qeyd etməklə (əks halda müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi