Tez-tez verilən suallar

Niyə məhz “Sağlam Ailə” laboratoriyası?

Göstərdiyimiz yüksək keyfiyyətli xidmətdə bizim ən dəyərli sərvətimiz əməkdaşlarımız xüsusi rola malikdir. Onların səriştəsi, peşəkarlığı, təcrübəsi və əzmkarlığı uzunmüddətli uğurlarımızın əsasını təşkil edir. Həmçinin, müasir texnologiya ilə təchiz olunmuş, avtomatlaşdırılmış idarəetmə sistemi ilə beynəxalq standartlarda cavab verən, daima inkişaf edən dünya səhiyyə sisteminə sürətlə inteqrasiya edən, ilin 365 günü 24 saat xidmət göstərən laboratoriya olmağımızdan qürur duyuruq.

Həkim qəbuluna necə yazıla bilərəm?

Həkim qəbuluna yazılmaq üçün (012) 910 nömrəli Çağrı Mərkəzimizlə əlaqə saxlaya və ya (055) 4000 910 whatsapp nömrəmizə qeyd edə bilərsiniz.  Əlavə olaraq qeyd edək ki, http://www.saglamaile.az saytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz.

XXXXX analizini edirsinizmi? Analiz üçün ac olaraqmı gəlməliyəm?

Klinikamızın əsas fəaliyyəti olan laborator müayinələr haqqında ətraflı məlumatı saytımızın “Müayinələr” bölməsindən və ya linkə keçid edərək əldə bilərsiniz. Bu bölmədə müayinlər haqqında önəmli məlumatlar tapacaqsınız. Hər müayinə üçün hazırlıq mərhələsi spesifik olduğundan həmin bölmədə “Hazırlıq” hissəsinə keçid edərək öyrənə bilərsiniz.

Klinikanızda hansı instrumental-diaqnostik müayinələr aparılır?

Klinikamızda geniş spektrli laborator müayinələr aparmaqla birlikdə bir sıra funksional müayinələr də aparmaqdayıq. Bunlara elektrokardioqramma, exo-kardioqramma, elektroensefaloqrafiya (EEQ), rentgenoloji, ultrasəs, endoskopiya, kolonoskopiya kimi müayinələr daxildir. Funksional müayinələr haqqında ətraflı məlumat almaq üçün, saytımızın “Müayinələr” bölməsinə və ya linkə keçid edə bilərsiniz.

Nəticələr nə vaxt hazır olur? Nəticələri onlayn əldə edə bilərəm?

Nəticələrin  hazır olma tarixi sizə təqdim olunan “Cavab qəbzi”ndə qeyd olunur.
Əgər, Siz qeydiyyatdan :

  • 11.00-dək keçmisinizsə, cavablar qəbzdə göstərilən tarixdə saat 18.00-dan sonra.
  • 11.00-dan - 15.00-dək keçmisinizsə, qəbzdə göstərilən tarixdə saat 14.00-da.
  • 15.00-dan sonra keçmisinizsə, qəbzdə göstərilən tarixdə saat 18.00-da  hazır olur.
  • Rusİngilis dilində cavablar yuxarıda göstərilən tarixlərdən 24 saat sonra verilir. 

Nəticələri əldə etmək üçün göstərilən tarixə uyğun olaraq istənilən mərkəzimizə müraciət edə bilərsiniz.

Qeyd: İstisna hallarda nəticələrinizin gecikməsi mümkündür.


Nəticələrinizi mərkəzimizə gəlmədən online əldə edə bilərsiniz.
Bunun üçün qeydiyyatdan keçdiyiniz zaman e-poçt ünvanınızı qeyd edə və ya www.saglamaile.az saytında “Online Cavab” bölümündə aşağıdakı qaydalara əməl edərək əldə edə bilərsiniz:

  • Sənəd Nömrəsi  xanasına “L” ilə başlayan kodu  “L” hərfi böyük olaraq daxil edin.
  • Doğum ili xanasına sadəcə doğulduğunuz ili qeyd edin (gün, ay yazılmadan)

DİQQƏT: saytda BAKTERİOLOJİPAP-SMEAR müayinəsinin nəticələrinə baxmaq olmur.

Təhlükəsizlik Kodu xanasına isə saytın sizə təqdim etdiyi kodu daxil edərək  nəticənizə online baxa bilərsiniz.

 

Qeyd: Cavablar e-poçt ünvanında “spam” bölümünə düşə bilir.

Check-up müayinələrdən nə üçün keçməliyəm?

Check-up ümumi sağlamlıq müayinəsidir. Məqsədi xəstəlikləri ilkin mərhələdə aşkar etmək, lazımi tədbirləri görərək müalicə etməkdir. Profilaktika və erkən diaqnoz insanın həyat keyfiyyətini və rahatlığını artırmaqla bərabər, ömrünü də uzadır. Xəstəliklərin irəlilədikdən sonra müalicəsi daha çətin və daha bahalı olur.

Hansı xarici klinikalar ilə əməkdaşlıq edirsiniz?

Laboratoriyamızda işlənilməyən analizləri pasiyentlərimizə əlçatan etmək üçün ölkə xaricində ixtisaslaşmış laboratoriyalarla əməkdaşlıq edirik. Belə ki, pasiyentlərimiz uzağa getmədən analizlərinin xaricdə işlənilməsinə şərait yaradır. Əməkdaşlıq etdiyimiz laboratoriyalar hər biri Türkiyənin öndə gedən - Acıbadem, Düzen, Genetiks, Synlab, İstanbul Genetik Grubu kimi laboratoriyalardır. Uyğun analizin seçilməsi, biomaterialın götürülməsi, xüsusi hazırlanması və xüsusi şəraitdə göndərişinin təşkil edilməsi Sağlam Ailə tibb mərkəzi tərəfindən həyata keçirilir. Türkiyədən gələn cavablar ekspertlərimiz tərəfindən yoxlanıldıqdan sonra sizə təhvil verilir.

Online qeydiyyatdan necə keçə bilərəm?

Mərkəzlərimizə yaxınlaşmadan öncə (012) 910 nömrəli Çağrı Mərkəzimizə və ya (055) 4000 910 Whatsapp nömrəmizə yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz. Beləliklə, həm vaxtınıza qənaət edəcək, həm də Sizə uyğun saatda müayinəyə yaxınlaşacaqsınız. Qeyd etmək istərdik ki, www.saglamaile.az saytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən də yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz.

Neçə filialınız var? İş saatları necədir?

Sağlam Ailə Tibb Mərkəzinin Bakı şəhərində 3-Nərimanov filialı, 28 May filialı, Mikrorayon Ultralab filalı , Sumqayıt şəhərində 1, Gəncə şəhərində 1 filialı olmaqla ümumilikdə 5 filialı var. Saytımıza daxil olaraq Filiallarımız bölməsindən mərkəzlərimizin iş saatları və ünvanları ilə daha ətraflı tanış ola bilərsiniz.

Şəkərli diabet üçün hansı həkimə müraciət etməliyəm?

Mədəaltı vəzi mədə-bağırsaq sisteminin önəmli hissəsidir və həzm prosesini tənzimləmək üçün hormonlar istehsal edən orqandır. Şəkərli diabet mədəaltı vəzidə baş verən patoloji proseslərin nəticəsində yaranmış bir xəstəlikdir. Xəstəlik zamanı endokrinoloqa müraciət etmək lazımdır.

“PRISCA” müayinələri nədir və nə zaman verilməlidir?

PRISCA, döldə xromosom anomaniyalarının – trisomiya 21 (Daun sindromu), trisomiya 18 (Edvards sindromu), sinir borusu qüsurları və s. kimi genetik xəstəliklərin olma riskini qiymətləndirmək üçün hamilə qadınlarda müayinə olunan skrininq testidir.

DİQQƏT: Bu analiz üçün ultrasəs müayinəsinin nəticələrinin olması mütləqdir.

Qida intoleranslığı nədir?

Qida intoleranslığı (dözümsüzlüyü), bəzi qidaları yedikdən sonra müəyyən simptomlara səbəb olan qidalara qarşı geniş spektrli mənfi reaksiyaları təsvir etmək üçün istifadə olunan geniş bir termindir. Bunlara mədə ağrısı, şişkinlik, qaz/meteorizm, ishal, kəskin bağırsaq sindromu (İBS), səpgilər, təkrarlanan ağız yaraları və ya baş ağrıları daxildir. Bu simptomlar adətən yeməkdən bir neçə saat sonra ortaya çıxır.

Bu barədə daha ətraflı məlumatı saytımızın “Tibbi məlumatlar” bölməsindən və ya linkə keçid edərək əladə edə bilərsiniz.

Hepatit qrupu xəstəlikləri nə vaxt aşkar olunur?

Hepatit A: inkubasiya dövrü 28-40 gün təşkil edir. İlkin simptomlar yoluxmadan 2-3 həftə sonra yaranır və 2-6 ay ərzində qalır.

Hepatit B: inkubasiya dövrü geniş aralıqda (30-180 gün) dəyişib, ortalama 75 gün təşkil edir. Bu səbəblə, 3 dəfə müayinə olunmaq tövsiyyə olunur – virusla kontakdan 1, 3 və 6 ay sonra. Statistikaya əsasən, virus adətən yoluxmadan 1 ay sonra aşkarlanır.

Hepatit C: inkubasiya dövrü geniş aralıqda (2 həftə - 6 ay) dəyişir. Bu səbəblə, 3 dəfə müayinə olunmaq tövsiyyə olunur – virusla kontakdan 3, 6 və 12 ay sonra.

Hepatit D: inkubasiya dövrü 21-45 gün təşkil edir.

Hepatit E: inkubasiya dövrü 10-60 gün olub, ortalama 30-40 təşkil edir.

Narkotik maddələr orqanizmdə hansı müddət ərzində aşkar edilər bilər?

İstənilən narkotik vasitə qəbul edildikdən sonra qan dövranına sorulur və burada parçalanmağa başlayır. Narkotik vasitələrin qanda yoxlanılması preparatın özünün deyil, parçalanma məhsullarının təyininə əsaslanır. Aşağıdakı cədvəldə qanda, sidikdə, saç və dırnaq səthində müxtəlif narkotik və psixotrop maddələrin izlərinin aşkar edilməsi vaxtı göstərilir.

 

PREPARATIN ADI

QANDA

 

SİDİKDƏ

SAÇ, DIRNAQDA

LSD

3-12 saat

5 günə qədər

3 günə qədər

Heroin

 

12 saat

14 gün

90 günə qədər

Amfetamin

12 saat

9 gün

6 aya qədər

Metamfetamin

37 saat

9 gün

6 aya qədər

Kokain

48 saat

4 gün

21 gün

Barbituratlar

48 saat

2 gün

7 gün

Duz tərkibli narkotiklər

72-96 saat

7 gün

60 günə qədər

Kannabis (marixuana)

2 həftəyə qədər

5-8 gün

60 günə qədər

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi