ISO 9001:2015
“Sağlam Ailə” MMC müştərilərinin tələb və gözləntilərini qarşılayan, ilk öncə qanunverici normativ tələblərə və daha sonra fəaliyyət istiqaməti üzrə beynəlxalq keyfiyyət standartlarının tələblərinə uyğun yüksək keyfiyyətli tibbi xidmətləri göstərir ki, tələblərin təhlili və onlara uyğunluq, müasir texnoloji avadanlıqlardan və üsullardan istifadə xidmət çeşidinin artırılmasına və səhiyyə sektorunda seçilən tibbi təşkilatlardan biri olmağa imkan verir.
Mərkəzimizin əsas fəaliyyəti pasiyentlərinə, korporativ müştərilərinə yüksək keyfiyyətli xidmətlərin göstərilməsinin təmin edilməsidir.
Pasiyentlərimizin məmnuniyyətini və loyallığını təmin etmək əsas məqsədlərimizdəndir.
Göstərdiyimiz yüksək keyfiyyətli tibbi xidmət nəticəsində pasiyentlərimizin, tərəfdaşlarımızın və əməkdaşlarımızın bizə olan inamı uzunmüddətli əlaqələrimizin əsasını təşkil edir.
Təşkilatın Rəhbərliyi xidmətin keyfiyyətinin yüksəldilməsi və siyasət üzrə məqsədlərə nail olmaq istiqamətində aşağıdakı fəaliyyətləri təmin etməyi öhdəsinə götürür:
- İnteqrasiya Olunmuş İdarəetmə Sistemini fasiləsiz təkmilləşdirmək və İSO 9001:2015 Beynəlxalq standartının tələblərinə uyğunlaşdırmaq yolu ilə göstərilən xidmətləri stabil keyfiyyətlə təqdim etmək;
- Yüksək hazırlıqlı, motivasiya edilmiş və gülərüz personal tərəfindən peşəkar xidmət göstərmək;
- Bütün biznes riskləri müəyyən etmək və onların təsir gücünün azaldılması istiqamətində tədbirlər görmək;
- Müştərilərin, bütün maraqlı tərəflərin tələbatlarını və istəklərini müəyyən və təmin etmək məqsədilə, onlarla daimi əlaqədə olmaq;
- Müasir dövrün tələblərinə uyğun olaraq əməkdaşların peşəkarlıq səviyyəsini daim yüksəltmək və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün onların potensial imkanlarından istifadə etmək;
- Diaqnostika və təhlil metodlarının daim yenilənmək və aktuallaşdırılması metodu ilə göstərilən xidmətin keyfiyyətini təkmilləşdirmək;
- Müasir texnologiyaları və yeni növ tibbi xidmətləri mənimsəmək;
- Xidmət zamanı istifadə olunan tibbi vəsaitlərin (avadanlıqlar, tibbi alətlər və s. materiallarının) keyfiyyətinin yaxşılaşdırılması üçün təchizatçıların qiymətləndirilməsi və idarəolunmasını sistemləşdirmək;
- Laborator müayinələrin spektrinin genişləndirilməsi və müayinə çeşidlərinin artırılması ilə keyfiyyət göstəricilərini yüksəltmək;
- İnformasiya texnologiyaları da daxil olmaqla, müasir tibbi və idarəetmə texnologiyalarını tətbiq etmək;
- Təşkilatda baş verən dəyişiklikləri planlaşdırılmaq və idarə etmək;
- Uyğun olmayan xidmət səviyyəsini azaltmaq;
- Resursların səmərəli istifadəsini təmin etmək;
- Personalın fəaliyyəti üçün münasib iş mühitini (iş mühiti, motivasiya sistemi, karyera imkanları) yaratmaq;
- İSO 9001:2015 standartının tələblərinə uyğun olaraq Təşkilatın mühitini müəyyənləşdirmək və onun beynəlxalq arenaya inteqrasiyasını təmin etməklə ən qabaqcıl tibb müəssisəsi kimi tanıtmaq;
- İnteqrasiya Ounmuş İdarəetmə Sisteminin (İOİS) davamlı olaraq yaxşılaşdırılmasını təmin etmək.