İmmunoqlobulin E allergik reaksiyaların inkişafına səbəb olan antitellərdir. İgE yerli, daha çox toxumlarda selikli qişanın altında – dəri, tənəffüs yolları, mədə-bağırsaq traktı, badamcıqlar və s. sintez olunur. Qanda IgE miqdarı normada çox az olur.
Orqanizmə allergen daxil olduqda IgE ilə qarşılıqlı təsirə girir və IgE-spesifik antigen kompleksləri əmələ gəlir. Allergik reaksiya özünü rinit, bronxit, astma, səpgilər şəklində göstərir və ağır hallarda anafilaktik şok yaranır.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Yüngül qida qəbulundan 4 saat sonra analiz vermək olar.
- Qlükokortikoid qəbulu olunan zaman analiz vermək tövsiyə olunmur.
- Antihistamin preparatları nəticəyə təsir etmir.
- Allergik xəstəliklər – bronxial astma, pollinozlar, atopik dermatit, ekzema, qida və dərman allergiyası
- Helmintozlar
- Ailəsində allerqopatiya olan uşaqlarda allergik reaksiya riskinin dəyərləndirilməsi
IgE səviyyəsinin yüksəlməsi (allergik xəstəliklər)
- Bronxial astma
- Astmatik bronxit
- Pollinozlar
- Övrə
- Atopik dermatit
- Kvinke ödemi
- Anafilaktik şok
- Zərdab xəstəliyi
- Layel sindromu
- Stivens-Jonson xəstəliyi
- Dərman allergiyası
- Qida allergiyası
Digər səbəblər
- Viskot-Oldriç sindromu
- IgE mieloma
- Qurd invaziyaları
- Parazitar infeksiyalar
- Hiperimmunoqlobulinemiya E sindromu