IgE (ümumi)

18 Azn

İmmunoqlobulin E allergik reaksiyaların inkişafına səbəb olan antitellərdir.  İgE yerli, daha çox toxumlarda selikli qişanın altında – dəri, tənəffüs yolları, mədə-bağırsaq traktı, badamcıqlar və s.  sintez olunur. Qanda IgE miqdarı normada çox az olur.

Orqanizmə allergen daxil olduqda IgE ilə qarşılıqlı təsirə girir və IgE-spesifik antigen kompleksləri əmələ gəlir.  Allergik reaksiya özünü  rinit, bronxit, astma, səpgilər şəklində göstərir və ağır hallarda anafilaktik şok yaranır.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Yüngül qida qəbulundan 4 saat sonra analiz vermək olar.
  • Qlükokortikoid  qəbulu olunan zaman analiz vermək tövsiyə olunmur.
  • Antihistamin  preparatları nəticəyə təsir etmir.
  • Allergik xəstəliklər – bronxial astma, pollinozlar, atopik dermatit, ekzema, qida və dərman allergiyası
  • Helmintozlar
  • Ailəsində allerqopatiya olan uşaqlarda allergik reaksiya riskinin dəyərləndirilməsi

IgE səviyyəsinin yüksəlməsi (allergik xəstəliklər)

  • Bronxial astma
  • Astmatik bronxit
  • Pollinozlar
  • Övrə
  • Atopik dermatit
  • Kvinke ödemi
  • Anafilaktik şok
  • Zərdab xəstəliyi
  • Layel sindromu
  • Stivens-Jonson xəstəliyi
  • Dərman allergiyası
  • Qida allergiyası

Digər səbəblər

  • Viskot-Oldriç sindromu
  • IgE mieloma
  • Qurd invaziyaları
  • Parazitar infeksiyalar
  • Hiperimmunoqlobulinemiya E sindromu