Preanalitik mərhələdə ən vacib və həssas məqamlardan biri biomaterialın götürülmə şəraiti, onun analitik mərhələyə daxil olanadək saxlanılması və daşınma şərtlərinə düzgün riayət olunmasıdır. Müayinə materiallarının əldə edilməsi üçün ətraf mühit və personalla təmasda olmayan tam steril vakuumlu sistemlərdən istifadə olunur. Pasiyent üçün daha təhlükəsiz olan bu üsul, həm də keyfiyyətli biomaterialın əldə edilməsini təmin edir. Avtomatlaşdırılmış ştrixkodlaşma sayəsində nümunələr yalnız həmin pasiyentə məxsus olan kodla markirə olunur. Bu biomaterialların kodlaşdılırılması zamanı yarana biləcək səhvləri heçə endirirərək aradan qaldırır.
