Ödəniş Qaydaları

Bu bölmə www.saglamaile.az saytının ödənişlə bağlı qaydalarını müəyyənləşdirir. 

Ödəniş səhifəsinə daxil olmaqla, siz Şərtlər və Qaydaları tam olaraq qəbul etmiş olursunuz.

Ödəmə Qaydası

“Seçilmiş Xidmət Haqqının” ödənişini yalnız bank kartları vasitəsi ilə həyata keçirə bilərsiniz. 

Ödəniş etmək üçün sizdən tələb olunan məlumatları daxil etdikdən sonra ekranda çıxan məlumatlar sizə aiddirsə “Ödəniş Et” xanasını kliklədikdən sonra ödəmə səhifəsinə keçid alırsınız. Ödəniş bölməsində sizdən qeyd olunan kart məlumatlarını daxil etməyiniz tələb olunur. Tələb olunan kart məlumatları doldurulduqdan sonra debit / kredit kartınızdan ödəniş alınacaqdır. Ödənişlə bağlı hər hansı çətinlik yaşadığınız təqdirdə kart sahibinin bankla əlaqə saxlamağı xahiş və tövsiyyə olunur. Website ilə bağlı çətinlik yaşadığınız təqdirdə isə Sağlam Ailə Tibb Mərkəzinin (012) 910 nömrəli Çağrı Mərkəzinə zəng edərək məlumat verməyiniz xahiş olunur.

Geri qaytarma siyasəti

www.saglamaile.az saytından onlayn ödəniş vasitəsilə alınan xidmətlər alınma günü nəzərə alınmamaq şərti ilə 14 təqvim günü ərzində digər xidmətlə dəyişdirilə və ya qaytarıla bilər. Bu, aşağıdakı şərtlər əsasında həyata keçirilir:

Qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.

Ödənişin geri qaytarılması ilə bağlı tərəfimizdən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən adətən 5 (beş) iş günü ərzində müştərinin kartına geri qaytarılır.

Dəyişdirilmə və Qaytarılma şərtləri ilə bağlı suallarınızı (012) 910 nömrəli Çağrı Mərkəzinə zəng edərək bildirə bilərsiniz

Məxfilik və təhlükəsizlik

Pasiyentə aid bütün məlumatların məxfiliyi tam şəkildə qorunur və heç bir halda üçüncü tərəfə ötürülmür. Ödəniş etdiyiniz kredit və ya debet kart məlumatları heç bir halda qeydiyyatda saxlanılmır və dərhal silinir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi