Sağlam Ailə MMC-də istehlakçıların (bundan sonra pasiyentlərin) müraciətlərinin qəbulu və baxılması üçün şərait yaradılmışdır.
Pasiyent müraciətlərinə baxılması və cavablandırılması məqsədi ilə pasiyent minimal olaraq özü və şikayət predmeti haqqında aşağıdakı məlumatları təqdim etməlidir:
- Ad/Soyad/Ata adı
- Əlaqə nömrəsi
- E-poçt ünvanı
- Şikayətin/Təklifin mövzusu
- Şikayətin/Təklifin xülasəsi
Şikayət şifahi və ya yazılı şəkildə daxil ola bilər:
Pasiyent müraciətini “Sağlam Ailə” MMC-nin (012) 910 Çağrı Mərkəzinə, Pasiyentlərin hüquqlarının müdafiəsi üzrə xüsusi struktur bölmə- Keyfiyyətə Nəzarət şöbəsinə və ya poçt vasitəsi ilə “Sağlam Ailə”MMC-yə ünvanlayaraq, internet üzərindən olan elektron müraciətini isə www.saglamaile.az saytı vasitəsilə göndərə bilər.
Pasiyentlərin müraciətləri Azərbaycan Respublikasının “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında qanununun 10-cu maddəsinin tələbinə uyğun olaraq ən geci 15 iş günü ərzində cavablandırılır. Bunu nəzərə alaraq və daxili qaydalara əsasən müraciətlərə ən tezi 3(üç) iş günü ərzində, ən geci isə 15(on beş) iş günü ərzində baxılır.
Hər bir pasiyent ona müraciəti ilə bağlı verilən cavabla razılaşmadıqda, müraciətin yenidən araşdırılması məqsədilə şifahi və ya yazılı şəkildə təkrar müraciət edə bilər.
Pasiyentlər müraciətləri ilə bağlı aparılmış araşdırmanın nəticəsi ilə razılaşmadıqda, qanunvericiliyə uyğun müvafiq addımlar ata bilərlər.
Hörmətli Pasiyent! Müraciətiniz elektron və ya şifahi şəkildə cavablandırıla bilər.