Bakı şəhərində əhaliyə göstərdiyimiz 17 illik xidmət ilə pasiyentlərimizin daha çox inamını qazandıq. Gəncədən gələn pasiyentlərimizin çoxluğunu nəzərə alaraq və onların çoxsaylı istəyi ilə 2019-cu ildə Gəncə şəhərində yeni filialımız fəaliyyətə başladı.
Filialda həm laborator, həm də poliklinik xidmətlər göstərilir. Müasir texnoloji avadanlıqlarla təchiz olunmuş Gəncə Ultralab filialımızda keyfiyyətə müsbət təsir edə biləcək bütün amillər nəzərə alınıb, müayinələr bütün mərhələlərdə beynəlxalq standartlara, prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır.
Qeyd etmək istərdik ki, Gəncə şəhərində yerləşən “ASAN XİDMƏT” mərkəzinin Tibbi xidmət bölməsində də Sağlam Ailə Tibb Mərkəzinin həkim heyəti 2023-cü ilədək vətəndaşlara tibbi xidmət göstərib. Mərkəzdə, 16 yaşına çatmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin alınması üçün tələb edilən tibbi arayış (qan qrupunun təyin edilməsi), 16 yaşına çatmış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin alınması üçün tələb edilən tibbi arayış (boyun ölçülməsi, göz rənginin və qan qrupunun təyin edilməsi) və ilkin tibbi yardım xidmətləri Sağlam Ailə Tibb Mərkəzinin həkimləri tərəfindən həyata keçirilib.