Laboratoriya

Keyfiyyətə Nəzarət Şöbəsinin əsas fəaliyyət istiqaməti pasiyentlərə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsinin təmin edilməsinə, eyni zamanda işçi personalın əməyinin effektivliyinin yüksəldilməsinə yönəlmişdir. Sağlam Ailə Tibb Mərkəzinin keyfiyyət siyasəti ISO-9001:2008 və ISO 15189:2012 keyfiyyət standartlarına əsaslanır. Standartın tələblərinə uyğun olaraq, ildə iki dəfə həyata keçrilən bütün işlərin audit yoxlaması aparılır və bu yoxlamaların nəticələri protokollaşdırılır.

Xüsusi olaraq qeyd olunmalıdır ki, Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən qurulmuş sistem əsasında Sağlam Ailə Tibb Mərkəzində ən müasir informasiya texnologiyalarının tətbiqi ilə aparılan bütün müayinələr, analizlər, eləcə də həyata keçirilən digər işlər nəzarət kameraları vasitəsilə daimi izlənilir.

Keyfiyyətə Nəzarət Şöbəsi istifadə olunan avadanlıqlara ciddi nəzarət edir. Bu nəzarət həm Sağlam Ailə Tibb Mərkəzinin, həm də Dövlət Standartlaşdırma və Metrologiya Komitəsinin əməkdaşları tərəfindən ildə bir dəfə müvafiq qaydada test-yoxlamalar vasitəsilə həyata keçirilir.

Pasiyentlərdən daxil olan tövsiyyə və şikayətlər Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən araşdırılır. Həmin müraciətlər əsasında daxili audit təşkil olunur və işin daha yüksək səviyyədə aparılması üçün zəruri tədbirlər planı hazırlanır. Həmçinin, fərdi pasiyentlər və korporativ müştərilər arasında məmnunluq sorğuları keçirilir. Məmnunluq anketində qeyd edilən istəklər əsasında yeni avadanlıqlar, texnologiyalar və reaktivlərin gətirilməsi ilə bağlı təkliflər paketi hazırlanır.

Şöbə laborator müayinələrin spektrinin genişləndirilməsi və müayinə çeşidlərini artırmaqla keyfiyyət sahəsində göstəricilərin yüksəldilməsinə istiqamətləndirilmiş tədbirlərin keçirilməsini hər zaman diqqət mərkəzində saxlayır. Bunun əsas məqsədi, tibb sahəsində olan yenilikləri Azərbaycan səhiyyə sistemində tətbiq etməkdir.

Sağlam Ailə Tibb Mərkəzinin pasiyentləri və işçi personalı arasında, eləcə də cəmiyyətdə yüksək etimad qazanılmasına nail olmaq, əməkdaşların ixtisasını artırmaq, fasiləsiz təlimlər təşkil etmək və rifah halının yüksəldilməsi məqsədilə görülən işlər Keyfiyyətə Nəzarət Şöbəsinin fəaliyyətində mühüm yer tutur.

Göstərilən tibbi xidmətin keyfiyyəti və ümumi işin vahid bir orqanizm kimi fəaliyyət göstərməsi uğurun əsas amillərindəndir. Bu müstəvidə tibb personalının idarəetmə funksiyalarının sistemləşdirilməsi və optimallaşdırılması, tədarükçülərlə qarşılıqlı mənfəət əsasında münasibətlər yaratmaq, qabaqcıl texnologiya və tibbi avadanlıqların əldə edilməsi kimi mühüm məsələlər Keyfiyyətə Nəzarət Şöbəsinin əsas fəaliyyət istiqamətlərini təşkil edir.

* Nə üçün müxtəlif laboratoriyalarda referens dəyərləri  fərqli olur?

Referens dəyəri analizin cavabının qəbul olunan norması deməkdir.  Cavablar hazır olduqda bu referens dəyərlər ilə müqayisə edilir və normadan kənara çıxması təyin edilir.

 Müxtəlif diaqnostik laboratoriyalar analizlərin işlənməsi üçün  geniş çeşidli analizatorlardan istifadə edirlər.  Məsələn biokimyəvi və immunokimyəvi analizlərin işləndiyi cihazların növü çoxdur və  istifadə edilən reagentlərin istehsalçıları da müxtəlifdir. Həmçinin analizin müayinə üsulları da fərqli laboratoriyalarda  bir-birindən  seçilə bilər. Bunların hamısı referens dəyərlərinin dəyişməsinə təsir edir.

Buna görə də hər bir laboratoriya cavab blankında  öz referens aralığını göstərir. Bu referens aralıqları təbii ki, beynəlxalq qəbul edilmiş standartlara əsaslanır.  Lakin bu zaman laboratoriyanın işinin özəlliyi də mütləq nəzərə alınır, yəni,  istifadə olunan cihazın spesifikası,  analizin aparılma üsulu, ölçü vahidi və s. Ona görə də eyni bir analizin referens aralığı müxtəlif laboratoriyalarda bir-birindən xeyli seçilə bilər. Vahid referens aralığı adlı bir anlayış yoxdur.

Laborator analizlərin nəticəsini qiymətləndirərkən müalicə həkimi  mütləq cavab blankında qeyd olunan laboratoriyanın referenslərini əsas götürməlidir.  Unutmayın, nəticələrin interpretasiyasının dəqiq olması, pasiyentin vəziyyətinin izlənməsi,  kontrol müayinələrin aparılması zamanı istək olunan analizin eyni üsulla və eyni laboratoriyada aparılması məqsədəuyğundur.

** Sağlam Ailə Tibb Mərkəzində laborator müayinədən aslı olaraq, nümunələr 1-3-6 ay ərzində arxivdə saxlanılır.  Təkrar və ya digər bir müayinə aparılmasına ehtiyac olarsa arxiv nümunədən istifadə oluna bilər. Nümunənin müayinəyə yararlılığı ilə bağlı  012-910 la əlaqə saxlayaraq dəqiqləşdirə bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi