Laboratoriya

?>Laboratoriya haqqında ?>Keyfiyyətə nəzarət ?>İstehlakçı hüquqları

Laboratoriya haqqinda melumat

Laboratoriya haqqinda melumat olaraq qeyd edə bilərik ki,  "Sağlam Ailə" Tibb Mərkəzinin laboratoriyası 2003-cü ildən fəaliyyət göstərir. ISO 9001:2015, ISO 10002:2018, ISO 15189:2013 keyfiyyət və akreditasiya sertifikatlarını almış laboratoriyamızda 6000-dən artıq müxtəlif növdə laborator müayinələr aparılır. Laboratoriya Yaponiya, ABŞ, Almaniya və s. kimi ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunub. Eyni zamanda "Sağlam Ailə" laboratoriya analiz qiymetleri ilə tanınır. Çünki Saglam Aile laboratoriya qiymetleri olduqca münasibdir.

Hər gün yüzlərlə pasiyentin müraciət etdiyi laboratoriyada analizlər hazırlanmış xüsusi təlimata uyğun şəkildə aparılır.
Sirr deyil ki, laborator müayinənin nəticələri yalnız analitik mərhələdən ibarət deyil. Düzgün nəticə əldə etmək üçün preanalitik, analitik və postanalitik inkişaf mərhələlərinə xüsusi diqqət yetirilməlidir. Belə ki, pasiyentin dəqiq və düzgün nəticə əldə etməsi üçün hər üç mərhələ düzgün təşkil olunmalı, nəticəyə təsir edə biləcək bütün məqamlar öncədən düşünülməli və aradan qaldırılmalıdır.

Preanalitik mərhələdə ən vacib və həssas məqamlardan biri biomaterialın götürülmə şəraiti, onun analitik mərhələyə daxil olanadək saxlanılması və daşınma şərtlərinə düzgün riayət olunmasıdır. Müayinə materiallarının əldə edilməsi üçün ətraf mühit və personalla təmasda olmayan tam steril vakuumlu sistemlərdən istifadə olunur. Pasiyent üçün daha təhlükəsiz olan bu üsul, həm də keyfiyyətli biomaterialın əldə edilməsini təmin edir. Avtomatlaşdırılmış ştrixkodlaşma sayəsində nümunələr yalnız həmin pasiyentə məxsus olan kodla markirə olunur. Bu biomaterialların kodlaşdılırılması zamanı yarana biləcək səhvləri heçə endirirərək aradan qaldırır.

Bundan sonra artıq müayinənin analitik mərhələsi başlayır. Bu mərhələdə keyfiyyətə təsir edə biləcək amillərin çoxluğu (müayinə aparılan avadanlıqların sazlığı, reaktivlərin keyfiyyəti, laboratoriya şəraiti və s.) nəzərə alınaraq müayinənin bütün mərhələləri beynəlxalq standartlar əsasında hazırlanmış  prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır. Laboratoriyamızın hər üç bölməsində bütün müayinələrə hər gün, ehtiyac yaranarsa gün ərzində bir neçə dəfə kontrollar qoyulur.

İnteqrasiya sistemi vasitəsilə müayinə və analizlərin nəticələri bir neçə yoxlama mərhələsindən keçirilərək kompüter-məlumat bazasına daxil edilir. İlkin nəticə həkim-laborantın, II mərhələ laboratoriya müdirinin, III mərhələ keyfiyyət menecerinin nəzarətindən keçir ki, bu sistem biomaterialın götürülməsi anından başlayaraq, nəticələr hazır olana qədər hər bir materialın keçdiyi yolu yenidən izləyir. Yalnız bütün kriteriyalar üzrə nəzarətdən keçmiş nəticələr pasiyentə təqdim edilir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi