Lipid mübadiləsinin çox vacib göstəricisidir, ürək-damar sistemi xəstəliklərinin və onların fəsadlarının qiymətləndirilməsində istifadə olunur. Ümumi xolesterinin 80%-i orqanizmdə sintez olunur, 20%-i isə xaricdən qida vasitəsilə qəbul edilir. Xolesterinin müxtəlif fraksiyaları vardır: LDL, HDL, VLDL və s.
Qanda xolesterinin miqdarı yaşdan və cinsdən də asılıdır. Cinsi hormonlar xolesterin miqdarına təsir edir. Estrogenlər xolesterini azaldır, androgenlər isə əksinə yüksəldir. Hamiləlik zamanı ümumi xolesterinin fizioloji olaraq yüksəlməsi müşahidə olunur.
Xolesterinin təyini atereskleroz riskini müəyyənləşdirmək və lipid mübadiləsinin istənilən patologiyasını təyin etmək üçün istifadə olunur. Qanda yüksək xolesterin ürəyin işemik xəstəliyi riskini artırır. Xolesterin miqdarı pasiyentin anamnezi və həyat tərzi ilə birlikdə infarkt və insult riskinin hesablanmasında istifadə olunur. Xolesterinin triqliseridlər və aterogenlik indeksi, HDL, VDL ilə birlikdə ölçülməsi tövsiyə olunandır. Çünki tam lipid spektrinin qiymətləndirilməsi paisyentin vəziyyəti haqqında daha ətraflı məlumat verir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Dislipidemiyanın diaqnostikası
- Qaraciyər və böyrək xəstəlikləri
- Endokrin patologiyalar (hipotireoz, şəkərli diabet)
- Dispanser müayinə skrininqi
- Ateroskleroz və onunla bağlı ürək-damar xəstəlikləri riskinin qiymətləndirilməsi
Xolesterin səviyyəsinin artması
- İrsi meyllilik (ailəvi hiperxolesterinemiya)
- Qida ilə çoxlu heyvan mənşəli yağların qəbulu
- Diabet və yüksək qan təzyyiqi
- Siqaretçəkmə
- Artıq çəki
- Çoxlu alkoqol qəbulu
- Qaraciyər və böyrək xəstəlikləri
- hipotireodizm
Xolesterin səviyyəsinin azalması
- İrsiyyət
- Qaraciyərin ağır xəstəliyi
- Sümük iliyinin onkoloji xəstəliyi
- Hipertireoz
- Bağırsaqdan sorulmanın pozulması
- Fol və ya B12 defisitli anemiya
- Geniş yanıqlar
- Vərəm
- Kəskin infeksiya
- Ağciyərlərin xroniki obstruktiv xəstəliyi