Prostat vəzi toxumasına spesifik olan zülaldır, onkomarker kimi istifadə olunur. Normal prostat toxumasında, adenomada, prostat xərçəngi metastazlarında, prostat şirəsində, eyakulyat plazmasında aşkarlanır digər heç bir xərçəng və toxumalarda rast gəlinmir.
Yarımparçalanma dövrü 4 gündür. Qanda PSA 2 formada olur: sərbəst və müxtəlif antiproteazalarla birləşmiş şəkildə. Sərbəst PSA ümuminin təqribi 10%-ni təşkil edir. Sərbəst PSA, PSA-nın α1-antikimotripsin və ya digər bağlayıcı zülallarla əlaqəsi olmayan sərbəst hissəsidir.
- Tədqiqatdan 24 saat əvvəl yağlı qidaları rasiondan çıxarın.
- Tədqiqatdan 30 dəqiqə əvvəl fiziki və emosional həddindən artıq gərginliyi aradan qaldırın.
- Tədqiqatdan 30 dəqiqə əvvəl siqaret çəkməyin.
- Prostat massajı, rektal müayinə, biopsiya, lazer terapiyası, erqometriya, sisto-və kolonoskopiya və prostata olan istənilən mexaniki təsirdən 6-7 gün keçdikdən sonra analiz verilməlidir.
- Xəstəliyin gedişinin monitorinqi, metastazların klinikayaqədər diaqnostikası, prostatın karsinomasının müalicəsinin effektliyinin qiymətləndirilməsi
- Prostatın hipertrofiyası olan pasiyentlərin vəziyyətinin monitorinqi
- 50 yaşdan yuxarı kişilərin skrininq müayinəsi
- Xəstə çətin, ağrılı və tez-tez sidiyə çıxmaqdan şikayət edirsə;
- Müayinəyə əsasən prostat vəzinin ölçüsünün artması, strukturunun dəyişməsi;
- sərbəst PSA nisbəti / PSA cəmi < 10% - yüksək prostat xərçəngi riski;
- sərbəst PSA nisbəti / PSA cəmi> 25% - prostat xərçəngi riskinin aşağı olması.