PSA sərbəstlik indeksi

60 Azn

Prostat vəzi toxumasına spesifik zülal olan PSA (Prostat Spesifik Antigen) tibbdə vacib onkomarker kimi istifadə olunur. Bu zülal normal prostat toxumasında, adenomada, prostat xərçəngi metastazlarında, prostat şirəsində və eyakulyat plazmasında aşkarlanır; digər xərçəng növləri və ya toxumalarda rast gəlinmir. Yarımparçalanma dövrü 4 gün olan PSA qanda iki formada — sərbəst və müxtəlif zülallarla (antiproteazalarla) birləşmiş şəkildə mövcuddur. Birləşməmiş sərbəst PSA ümumi göstəricinin təqribən 10%-ni təşkil edir.

Müayinə zamanı Ümumi PSA, Sərbəst PSA və onların nisbətindən yaranan Sərbəstlik İndeksi birlikdə dəyərləndirilərək prostat vəzindəki dəyişikliklərin xoşxassəli (iltihab, adenoma) və ya bədxassəli olduğunu daha dəqiq müəyyən etməyə imkan verir.

  • Tədqiqatdan 24 saat əvvəl yağlı qidaları rasiondan çıxarın.
  • Tədqiqatdan 30 dəqiqə əvvəl fiziki və emosional həddindən artıq gərginliyi aradan qaldırın.
  • Tədqiqatdan 30 dəqiqə əvvəl siqaret çəkməyin.
  • Prostat massajı, rektal müayinə, biopsiya, lazer terapiyası,  erqometriya, sisto-və kolonoskopiya və prostata olan istənilən mexaniki təsirdən 6-7 gün keçdikdən sonra  analiz verilməlidir.
  • Xəstəliyin gedişinin monitorinqi, metastazların klinikayaqədər diaqnostikası, prostatın karsinomasının müalicəsinin effektliyinin qiymətləndirilməsi
  • Prostatın hipertrofiyası olan pasiyentlərin vəziyyətinin monitorinqi
  • 50 yaşdan yuxarı kişilərin skrininq müayinəsi
  • Xəstə çətin, ağrılı və tez-tez sidiyə çıxmaqdan şikayət edirsə;
  • Müayinəyə əsasən prostat vəzinin ölçüsünün artması, strukturunun dəyişməsi;
  • sərbəst PSA nisbəti / PSA cəmi < 10% - yüksək prostat xərçəngi riski;
  • sərbəst PSA nisbəti / PSA cəmi> 25% - prostat xərçəngi riskinin aşağı olması.