Fosfor , müxtəlif biokimyəvi reaksiyalarda iştirak edən, metal olmayan elementdir. Orqanizmin funksiyalarını düzgün yerinə yetirə bilməsi üçün vacib elementlərdən biridir. sümüyün qruluşu,ürək, beyin, böyrək kimi həyati vaxcib orqanların funksiyalarını yerinə yetirməsində vacib rol oynayır. Kalsiumdan sonra orqanizmdə ən çox tapılan mineraldır. Canlı hüceyrələr Adenozin Trifosfat (ATP) yolu ilə hüceyrə enerjisini daşımaq üçün fosfot istifadə edir. Fosforun təxminən 85% i sümük və dişlərdə toplanır, qalan hissəsi isə əzələ toxuması və qanda yer alır. Fosforun əsas funksiyası güclü sümüklər və dişlər meydana gətirməkdir. Hüceyrə və toxumaların böyüməsi, yenilənməsi üçün vacibdir. Orqanizmdə mayeləri tənzimləyən elektrolit funksiyası da vardır. Bunlardan əlavə olaraq ritmik ürək döyüntüsü, sinir keçiriciliyi, hormonların tarazlaşdırılması, əzələlərin yığılması və orqanizmin enerji depolanması üçün istifadə etdiyi ATP nin ifrazına köməkçi olur. Eyni zamanda zülallardan, karbohidtatlardan və lipidlərdən əsas makro qidaları sintez etməkdə istifadə edilir. 

 

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Diş və sümük problemləri
  • Böyümə inkişaf problemləri
  • Uşaqlarda sümüklərin zəif inkişafı
  • Osteomalyasiya
  • Osteoparoz
  • Sümüklərin tez qırılması
  • Fibromialgiya

Fosfor miqdarının yüksəlməsi 

  • Diabetik ketoasidoz
  • Hipoparatireoz (paratiroid hormonlarının çatışmazlığı)
  • Böyrək çatışmazlığı
  • Qaraciyər xəstəliyi
  • Fosfat olan dərmanların istifadəsi
  • Kalsium-maqnezium çatışmazlığı, D vitamini artıqlığı kimi vitamin-mineral balanssızlığı
  • Kimoterapiya dərmanları
  • Fosfor olan qidalar və ya əlavələrin həddən artıq istifadəsi

    Fosfor səviyəsinin azalması
  • Alkoqolizm
  • Hiperkalsemiya (yüksək kalsium)
  • Hiperparatireoz (yüksək paratiroid hormonu)
  • Diabet
  • Yeməkdən çox az fosfat qəbulu
  • Aşağı proteinli pəhriz
  • D vitamini çatışmazlığı
  • Anoreksiya
  • İnsülin, ACE inhibitorları, kortikosteroidlər, antasidlər, antikonvulsanlar və diuretiklərin həddindən artıq istifadəsi