Müayinələr
Müayinələr
Fosfor , müxtəlif biokimyəvi reaksiyalarda iştirak edən, metal olmayan elementdir. Orqanizmin funksiyalarını düzgün yerinə yetirə bilməsi üçün vacib elementlərdən biridir. sümüyün qruluşu,ürək, beyin, böyrək kimi həyati vaxcib orqanların funksiyalarını yerinə yetirməsində vacib rol oynayır. Kalsiumdan sonra orqanizmdə ən çox tapılan mineraldır. Canlı hüceyrələr Adenozin Trifosfat (ATP) yolu ilə hüceyrə enerjisini daşımaq üçün fosfot istifadə edir. Fosforun təxminən 85% i sümük və dişlərdə toplanır, qalan hissəsi isə əzələ toxuması və qanda yer alır. Fosforun əsas funksiyası güclü sümüklər və dişlər meydana gətirməkdir. Hüceyrə və toxumaların böyüməsi, yenilənməsi üçün vacibdir. Orqanizmdə mayeləri tənzimləyən elektrolit funksiyası da vardır. Bunlardan əlavə olaraq ritmik ürək döyüntüsü, sinir keçiriciliyi, hormonların tarazlaşdırılması, əzələlərin yığılması və orqanizmin enerji depolanması üçün istifadə etdiyi ATP nin ifrazına köməkçi olur. Eyni zamanda zülallardan, karbohidtatlardan və lipidlərdən əsas makro qidaları sintez etməkdə istifadə edilir.
Fosfor miqdarının yüksəlməsi
Müayinələr