Kalsium sümük toxumasının əsas komponentidir. Həmçinin orqanizmdə çox vacib struktur, metabolik və requlyator funksiyalar yerinə yetirən biogen elementdir. Kalsiumun 99%-i sümük toxumasında yerləşir, yalnız 1%-i serum və digər bioloji mayelərin tərkibindədir.
Qanda kalsium 3 formada rast gəlinir
- Sərbəst (ionlaşmış) kalsium. Bu kalsiumun fizioloji aktiv formasıdır.
- Anionlarla-laktat, fosfat, bikarbonat, sitrat birləşmiş kalsium
- Zülallarla (daha çox albuminlə) birləşmiş formada olan kalsium
Orqanizmdə kalsium bu funksiyaları eyrinə yetirir: sümük və dişlərin möhkəmliyini təmin edir, sinir-əzələ oyanmasında iştirak edir, hüceyrə membranının keçiriciliyini tənzimləyir, fermentativ aktivlikləri idarə edir, qanın laxtalanmasında (VII, IX və X faktorları aktivləşdirir) rol oynayır.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Analiz səhər 8-11 arası verilməlidir.
- Müayinə öncəsi çox yeməkdən qaçınmaq lazımdır.
- Osteoporozun diaqnostika və skrininqi
- əzələlərin hipotoniyası
- qıcolma sindromu, paresteziya
- mədə və 12barmaq bağırsağın xora xəstəliyi
- poliuriya
- ürək-damar xəstəlikləri
- cərrahi əməliyyata hazırlıq
- hipertireoz
- bədxassəli şişlər
- sidikdaşı xəstəliyi
- sümüklərdə ağrılar
Kalsium miqdarının yüksəlməsi (hiperkalsiemiya)
- birincili hiperparatireoz
- tireotoksikoz
- Vitamin D hipervitaminozu
- Böyrəküstü vəzi çatışmazlığı
- Hemoblastozlar
- Bədxassəli şişlər
- Yenidoğulmuşların idiopatik hiperkalsiemiyası
- Kəskin böyrək çatışmazlığı
- Sarkaidoz və digər qranulematoz xəstəliklər
- Yatrogen hiperkalsiemiya
- Böyrəklərin xəstəlikləri
- Tiazid diuretiklərin dozasının aşılması
Kalsium səviyyəsinin azalması (hipokalsiemiya)
- Birincili hipoparatireoz
- Ikincili hipoparatireoz
- Hipomagniemiya
- Psevdohipoparatireoz
- Vitamin D hipovitaminozu
- Kəskin pankreatit
- Xroniki böyrək çatışmazlığı
- Qaraciyər çatışmazlığı
- Kalsium ionlarının sekvestrasiyası