Albumin əsas plazma zülalıdır. Yarımparçalanma dövrü 18-20 gündür. Albumin onkotik plazma təzyiqi və uyğun olaraq dövr edən qanın həcminin saxlanmasında iştirak edir. Zülal ehtiyatı rolunu oynayır – aclıq zamanı birinci albumin parçalanır.
Albumin transport funksiyası yerinə yetirir. Bilirubin, öd turşuları, metal ionları ilə birləşir. Hipoalbuminemiya plazmada ümumi kalsiumun azalmasına səbəb olur. Albuminlə birləşən dərman maddələrinin təsiri ( məsələn kortikosteroidlər) hipoalbunemiya zamanı güclənir. Bu halda normal dərman dozasında belə toksiki effektlər müşahidə oluna bilər.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Qaraciyər və böyrək xəstəlikləri
- Yanıqlar
- Onkoloji xəstəliklər
- Malasorbsiya sindromu
- Revmatik xəstəliklər
Albumin səviyysəinin yüksəlməsi
- Dehidratasiya
- Hemokonsentrasiya
Albumin səviyyəsinin azalması
Qaraciyərdə albumin sintezinin azalması – hepatitlər, sirroz, atrofiya, karsinoma
Qida ilə yetərli qəbul edilməməsi – aclıq, kaxeksiya, həzm sistemi patologiyaları, malasorbsiya
Zülal itkisinin artması – xroniki qaraciyər xəstəlikləri, termiki yanıqlar, toxumaların zədələnməsi, qanitirmədən sonra qan əvəzedicilərin vurulması, ekssudat və transudat yaranması
Katabolizmin sürətlənməsi – qızdırma, sepsis, infeksion xəstəliklər, tireotoksikoz, bədxassəli şişlər, revmatik xəstəliklər, hiperhidratasiya, durğunluq ürək çatışmazlığı, estrogen, kontraseptivlər, amiodaran, streid hormonların qəbulu