Альбумин (в крови)

14 Azn

Albumin əsas plazma zülalıdır.  Yarımparçalanma dövrü 18-20 gündür.  Albumin onkotik plazma təzyiqi və uyğun olaraq dövr edən qanın həcminin saxlanmasında iştirak edir. Zülal ehtiyatı rolunu oynayır – aclıq zamanı birinci albumin parçalanır.

Albumin transport funksiyası yerinə yetirir. Bilirubin, öd turşuları, metal ionları ilə birləşir.  Hipoalbuminemiya plazmada ümumi kalsiumun azalmasına səbəb olur. Albuminlə birləşən dərman maddələrinin təsiri ( məsələn kortikosteroidlər) hipoalbunemiya zamanı güclənir.  Bu halda normal dərman dozasında belə toksiki effektlər müşahidə oluna bilər.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
  • Qaraciyər və böyrək xəstəlikləri
  • Yanıqlar
  • Onkoloji xəstəliklər
  • Malasorbsiya sindromu
  • Revmatik xəstəliklər

Albumin səviyysəinin yüksəlməsi

  • Dehidratasiya
  • Hemokonsentrasiya

Albumin səviyyəsinin azalması

Qaraciyərdə albumin sintezinin azalması – hepatitlər, sirroz, atrofiya, karsinoma

Qida ilə yetərli qəbul edilməməsi – aclıq, kaxeksiya, həzm sistemi patologiyaları, malasorbsiya

Zülal itkisinin artması – xroniki qaraciyər xəstəlikləri, termiki yanıqlar, toxumaların zədələnməsi, qanitirmədən sonra qan əvəzedicilərin vurulması, ekssudat və transudat yaranması

Katabolizmin sürətlənməsi – qızdırma, sepsis, infeksion xəstəliklər, tireotoksikoz, bədxassəli şişlər,  revmatik xəstəliklər, hiperhidratasiya, durğunluq  ürək çatışmazlığı, estrogen, kontraseptivlər, amiodaran, streid hormonların qəbulu