Anti-HAV total

30 Azn

Hepatit A virusu yoluxmuş qida və su vasitəsilə bir şəxsdən digərinə keçir. Həmçinin cinsi əlaqə zamanı yoluxma mümkündür.  İlkin simptomlar 2-4 həftə ərzində əmələ gəlir, bu müddətdə xəstələnmiş şəxs yoluxucu hesab olunur və digər kontaktda olduğu insanları yoluxdura bilər.

HAV İgM  hepatit A-ya yoluxma zamanı ilkin əmələ gələn antitelləri təyin edir. Kəskin hepatit simptomları olan xəstələrdə və yoluxmanın erkən mərhələsində diaqnostika üçün istifadə olunur.

Simptomlar:

  • Qızdırma
  • Yorğunluq, əzginlik
  • Iştahsızlıq
  • Ürəkbulanma, qusma, abdominal ağrı
  • Sidiyin rənginin tündləşməsi
  • Oynaq ağrıları
  • Dərinin və selikli qişaların rənginin saralması

Bəzi şəxslərdə və uşaqlarda hepatit A-ya yoluxma heç bir simptom olmadan və ya orta ağır simptomlarla keçir və çox zaman “qrip” “soyuqdəymə”  ilə qarışıq salınır.

  • Analiz dirsək venasından götürülən qan nümunəsində yoxlanılır,
  • Müayinəyə xüsusi bir hazırlıq tələb olunmur.
  • Yüksək temperaturla müşahidə olunan öd durğunluğu əlamətləri olduqda
  • Qaraciyər fermentlərinin miqdarının kəskin yüksəlməsi zamanı
  • Hepatit A xəstəsi ilə kontaktdan sonra
  • Sarılıq, sidiyin tündləşməsi, iştahanın itməsi, yorğunluq, ürəkbulanma, qusma, abdominal ağrı, qızdırma, oynaqlarda ağrı simptomları zamanı

İnfeksiyadan sonra keçən vaxt: bir qayda olaraq, anti-HAV IgM infeksiyadan 5-10 gün sonra, anti-HAV IgG - 2-3 həftədən sonra görünür;
İmmunitet sisteminin vəziyyəti: HAV daxil olmaqla, hər hansı bir yoluxucu agentə qarşı immun cavab immunçatışmazlıqlarda (HİV infeksiyası, uzun müddətli steroid istifadəsi, qocalıq) azalır.