Hepatit B virusunun əsas markeridir. Hepatit B-nin ən erkən markeridir, xəstəliyin inkubasion periodunda artıq təyin olunur. Virusa yoluxduqdan artıq 6 gün sonra aşkarlana bilər. Hepatitin kəskin gedişi zamanı HbsAg qanda 5-6 ay dövr edir, sonra isə qandan təmizlənir. Əgər HbsAg qanda 6 aydan artıq təyin olunursa bu xəstəliyin xroniki formaya keçməsinə işarə edə bilər. HbsAg-nın ömür boyu daşıyıcılığı da mümkündür.
Donor qanı və qan preparatlarında da Hepatit B-ni inkar etmək üçün HbsAg yoxlanılır.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
- Son qida qəbulundan 4 saat keçməsi tövsiyə olunur.
- Analizin ehtimal olunan yoluxmadan 6 həftə sonra yoxlanması məqsədəuyğundur.
- Analiz şəxsiyyət vəsiqəsi ilə verilməlidir, şəxsiyyət vəsiqəsi olmadığı halda anonim qeydə alınır.
- ALT vəAST səviyyəsinin yüksəlməsi
- Kəskin və ya xroniki virus hepatiti əlamətləri
- Qaraciyər və ödyollarının xroniki xəstəlikləri
- Vaksinasiyaya hazırlıq
- Hospitalizasiyaya və cərrahi əməliyyata hazırlıq
- Hamiləlik və ya hamiləliyə hazırlıq
- Donorların profilaktik müayinəsi
- Qorunmayan cinsi əlaqə, cinsi partnorların tez-tez dəyişdirilməsi
- Damardaxili narkomaniya
Müsbət nəticə
- Kəskin hepatit B: inkubasion və ya kəskin period
- Hepatit B virusu daşıyıcılığı
- Xroniki Hepatit B
Mənfi nəticə
- Hepatit B yoxdur (Hepatit B-nin Anti-Hbc markerləri də neqativ olduğu təqdirdə)
- Anti-HBC müsbət olarsa
a) Kəskin Hepatit B istina oluna bilməz (sağalma periodu)
b) aşağı intensivlikli replikasiya edən xroniki Hepatit B istisna oluna bilməz
- Nadir hallarda
a)Hepatit B-nin bədxassəli, sürətli gedişi
b) defektli (seronegativ) HbsAg hepatit B