HbsAg (ekspress)

15 Azn

Hepatit B virusunun əsas markeridir. Hepatit B-nin ən erkən markeridir, xəstəliyin  inkubasion periodunda artıq təyin olunur.  Virusa yoluxduqdan artıq 6 gün sonra aşkarlana bilər.  Hepatitin kəskin gedişi zamanı  HbsAg qanda 5-6 ay dövr edir, sonra isə qandan təmizlənir.  Əgər HbsAg qanda 6 aydan artıq təyin olunursa bu xəstəliyin xroniki formaya keçməsinə işarə edə bilər.  HbsAg-nın ömür boyu daşıyıcılığı da mümkündür. 

Donor qanı və qan preparatlarında da Hepatit B-ni inkar etmək üçün HbsAg yoxlanılır.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
  • Son qida qəbulundan 4 saat keçməsi tövsiyə olunur.
  • Analizin ehtimal olunan yoluxmadan 6 həftə sonra yoxlanması məqsədəuyğundur.
  • Analiz şəxsiyyət vəsiqəsi ilə verilməlidir, şəxsiyyət vəsiqəsi olmadığı halda anonim qeydə alınır.
  • ALT vəAST səviyyəsinin yüksəlməsi
  • Kəskin və ya xroniki virus hepatiti əlamətləri
  • Qaraciyər və ödyollarının xroniki xəstəlikləri
  • Vaksinasiyaya hazırlıq
  • Hospitalizasiyaya və cərrahi əməliyyata hazırlıq
  • Hamiləlik və ya hamiləliyə hazırlıq
  • Donorların profilaktik müayinəsi
  • Qorunmayan cinsi əlaqə, cinsi partnorların tez-tez dəyişdirilməsi
  • Damardaxili narkomaniya

Müsbət nəticə

  • Kəskin hepatit B: inkubasion və ya kəskin period
  • Hepatit B virusu daşıyıcılığı
  • Xroniki Hepatit B

Mənfi nəticə

  • Hepatit B yoxdur   (Hepatit B-nin  Anti-Hbc markerləri də neqativ olduğu təqdirdə)
  • Anti-HBC müsbət olarsa

a) Kəskin Hepatit B istina oluna bilməz (sağalma periodu)

b) aşağı intensivlikli replikasiya edən xroniki Hepatit B istisna oluna bilməz

  • Nadir hallarda

a)Hepatit B-nin bədxassəli, sürətli gedişi

b) defektli (seronegativ) HbsAg  hepatit B