Mycoplasma hom. İgG

25 Azn

Sidik-cinsiyyət mikoplazmozunun (Mycoplasma hominis) törədicisinə qarşı IgG sinfinin anticisimləri mikoplazmozun klinik təzahürləri dövründə insan orqanizmində istehsal olunan və bu xəstəliyin markeri kimi xidmət edən spesifik immunoqlobulinlərdir.

  • Xüsusi hazırlıq tələb olunmur.  
  • Qida qəbulundan 4 saat sonra qan götürülməsi tövsiyə olunur.
  • Cari və ya xroniki Mycoplasma hominis infeksiyasını təsdiqləmək üçün.
  • Mikoplazma infeksiyasının və sidik-cinsiyyət sisteminin digər yoluxucu xəstəliklərinin differensial diaqnozu üçün.
  • Hamiləliyi planlaşdırarkən Mycoplasma hominis ilə infeksiyanı inkar etmək üçün.
  • Mycoplasma hominis səbəb olduğu xəstəliklərin müalicəsinin effektivliyinə nəzarət etmək üçün.
  • Mikoplazmanın səbəb olduğu xəstəliyin simptomları olduqda:

-qaşınma,

-yanma,

-sidik ifrazı zamanı ağrı,

-tez-tez sidiyə getmə,

-qasıqda ağrı,

-cinsi əlaqə zamanı ağrı.

  • Sonsuzluq, hamiləlik patalogiyaları zamanı.

Müsbət nəticə:

  • cari və ya keçirilmiş mikoplazma infeksiyası,
  • xroniki mikoplazma infeksiyası,
  • yenidoğulmuşlarda - perinatal infeksiya.

Mənfi nəticə:

  • infeksiya yoxdur,
  • infeksiyanın çox erkən immun reaksiyasının inkişaf etmədiyi dövrü.