Atipik pnevmoniyanın törədicisi Mycoplasma pneumoniae-nin DNT-sini müəyyən etməyə imkan verən molekulyar genetik müayinədir.
Mycoplasma pneumoniae -atipik pnevmoniyanın əsas törədicisidir (bütün pnevmoniyaların 30%-ni təşkil edir).
M. pneumoniae aşkarlanması üçün ən sürətli və ən həssas üsul polimeraza zəncirvari reaksiyadır. Metodun prinsipi müəyyən bir patogen üçün spesifik DNT seqmentinin amplifikasiyasına əsaslanır.
- Xüsusi hazırlıq tələb olunmur.
- Qida qəbulundan 4 saat sonra qan götürülməsi tövsiyə olunur.
- Aşağı tənəffüs yollarının iltihabi xəstəliklərində, o cümlədən atipik pnevmoniyaya şübhə olduqda.
- Aşağı tənəffüs yollarının iltihabi xəstəliklərinin səbəbini müəyyən etmək üçün.
- Atipik pnevmoniyanın diaqnozu üçün.
- Davam edən antibiotik terapiyasının effektivliyini qiymətləndirmək.
Müsbət nəticənin səbəbləri:
- M. pneumoniae səbəb olduğu mikoplazma infeksiyası.
Mənfi nəticənin səbəbləri:
- İnfeksiyasının olmaması.