Anti-TPO qalxanabənzər vəzinin hüceyrələrinin fermentinə qarşı olan autoantitellərdir.  Qalxanabənzər vəzinin autoimmun xəstəliklərinin diaqnostikası üçün ən həssas testdir. Bu antitellərin miqdarı immun sistemin öz orqanizminə olan aqressiyasının göstəricisidir. Tireoid peroksidaza yodun aktiv formasının yaranmasını təmin edir. Fermente qarşı yaranan antitellər onun aktivliyini blok edir, nəticədə tireoid hormonların sintezi azalır.

Yetərincə həssas üsulların istifadəsi zamanı Haşimoto tireoditi olan pasiyentlərin 95%, Qreyvs xəstəlikləri olan paisyentlərin isə 85%ində  Anti-TPO aşkarlanır. Hamiləlik zamanı Anti-TPO qeydə alınması anada  hamiləliksonrası tireodit riski və uşağın inkişafına mümkün təsirindən xəbər verir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.

Yenidoğulmuşlarda

  • Hipertireoz
  • Anada Qreyvs xəstəliyi və ya yüksək Anti-TPO səviyyəsi

Yetkinlərdə

  • Hipertireozun differensial diaqnostiaksı
  • Hipotireozun differensial diaqnostiaksı
  • Qreyvs xəstəliyi (diffuz toksiki zob)
  • Xroniki tireodit (Haşimoto)
  • Oftalmopatiya: gözətrafı toxumaların böyüməsi

Anti-TPO səviyyəsinin yüksəlməsi

  • Qreyvs xəstəliyi
  • Düyünlü toksiki zob
  • Yarı-kəskin tireodit
  • Qalxanabənzər  vəzinin doğuş sonrası disfunksiyası
  • Idiopatik hipotireoz
  • Autoimmun tireodit