Müayinələr
Müayinələr
Anti-TPO qalxanabənzər vəzinin hüceyrələrinin fermentinə qarşı olan autoantitellərdir. Qalxanabənzər vəzinin autoimmun xəstəliklərinin diaqnostikası üçün ən həssas testdir. Bu antitellərin miqdarı immun sistemin öz orqanizminə olan aqressiyasının göstəricisidir. Tireoid peroksidaza yodun aktiv formasının yaranmasını təmin edir. Fermente qarşı yaranan antitellər onun aktivliyini blok edir, nəticədə tireoid hormonların sintezi azalır.
Yetərincə həssas üsulların istifadəsi zamanı Haşimoto tireoditi olan pasiyentlərin 95%, Qreyvs xəstəlikləri olan paisyentlərin isə 85%ində Anti-TPO aşkarlanır. Hamiləlik zamanı Anti-TPO qeydə alınması anada hamiləliksonrası tireodit riski və uşağın inkişafına mümkün təsirindən xəbər verir.
Yenidoğulmuşlarda
Yetkinlərdə
Anti-TPO səviyyəsinin yüksəlməsi
Müayinələr