T4 (tiroksin) qalxanabənzər vəzinin follikulyar hüceyrələri tərəfindən TSH nəzarəti altında sintez olunur. Qanda dövr edən T4-ün böyük hissəsi zülallarla birləşmiş halda olur. Yalnız sərbəst formasının bioloji aktivliyi vardır. Sərbəst T4 ümuminin 3-5%-ni təşkil edir.
Qanda T4-ün miqdarı T3-dən daha yüksək olur. Maddələr mübadiləsini sürətləndirir, istilikəmələgəlmə və orqanizm tərəfindən oksigen istifadəsini artırır (istisna beyin, dalaq və yumurtalıqlar/xayalar). Bu da orqanizmin vitaminlərə olan tələbatını artırır. Qaraciyərdə A vitamini sintezini stimulə edir. Qanda xolesterin və triqliseridlərin miqdarını azaldır, zülal mübadiləsini tezləşdirir. Ürəyə müsbət xrono- və inotrop təsir göstərir.
- Analizlər dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
- Səhər 8-14 saat aclıqdan sonra analiz verilməlidir (su içmək olar)
- Yüngül qida qəbulundan 4 saat sonra analiz verilə bilər.
- Dinamikanın kontrolu üçün analiz həmişə eyni vaxtda verilməlidir.
- Qalxanabənzər vəziyə olan hər-hansı bir müdaxilə analizin nəticəsinə təsir edə bilər
- Anormal TSH səviyyəsi
- Diffuz toksiki zob zamanı kontrol müayinə
- Hipotrireoz və ya tireotoksikozun kliniki mənzərəsi
T4 səviyyəsinin yüksəlməsi
- Toksik zob
- Tireodit
- Tireotoksik adenoma
- Tireoid hormonlara rezistentlik sindromu
- Hipotireodizm
- Xoriokarsinoma
- Nefrotik sindrom
- Piylənmə
- Heparinlə müalicə cə sərbəst yağ turşularını yüksəlməsi ilə bağlı olan xəstəliklər
- Yüksək IgG olan mielomalar
- Qaraciyərin xroniki xəstəlikləri
- Porfiriya
T4 səviyyəsinin azalması
- Birincili hipotireoz (anadangəlmə, endemik zob, autoimmun tireodit, qalxanabənzər vəzidə neoplastik proseslər)
- Ikincili hipotireoz (Şixan sindromu, hipofizin iltihabı prosesləri)
- Üçüncülü hipotireoz ( beyin tarvması, hipotalamusun iltihabı prosesləri)
- Dərman qəbulu – triyodtironin, metimazol, propiltiourasil, qlikokortikoidlər, vərəməleyhinə dərmanlar, göbələk əleyhinə dərmanlar, hipolipidemik dərmanlar, QSİD, androgenlər, qıcolma əleyhinə dərmanlar, furosemid