T4 (tiroksin) qalxanabənzər vəzinin  follikulyar hüceyrələri tərəfindən TSH nəzarəti altında sintez olunur.  Qanda dövr edən T4-ün böyük hissəsi  zülallarla birləşmiş halda olur. Yalnız sərbəst formasının bioloji aktivliyi vardır. Sərbəst T4 ümuminin 3-5%-ni təşkil edir.

Qanda T4-ün miqdarı T3-dən daha yüksək olur.  Maddələr mübadiləsini sürətləndirir, istilikəmələgəlmə və orqanizm tərəfindən oksigen istifadəsini artırır (istisna beyin, dalaq və yumurtalıqlar/xayalar). Bu da orqanizmin vitaminlərə olan tələbatını artırır.  Qaraciyərdə A vitamini sintezini stimulə edir.  Qanda xolesterin və triqliseridlərin miqdarını azaldır, zülal mübadiləsini tezləşdirir.  Ürəyə müsbət xrono- və inotrop təsir göstərir. 

  • Analizlər dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
  • Səhər 8-14 saat aclıqdan sonra analiz verilməlidir (su içmək olar)
  • Yüngül qida qəbulundan 4 saat sonra analiz verilə bilər.
  • Dinamikanın kontrolu üçün analiz həmişə eyni  vaxtda verilməlidir.
  • Qalxanabənzər vəziyə olan hər-hansı bir müdaxilə analizin nəticəsinə təsir edə bilər
  • Anormal TSH səviyyəsi
  • Diffuz toksiki zob zamanı kontrol müayinə
  • Hipotrireoz və ya tireotoksikozun kliniki mənzərəsi

T4 səviyyəsinin yüksəlməsi

  • Toksik zob
  • Tireodit
  • Tireotoksik adenoma
  • Tireoid hormonlara rezistentlik sindromu
  • Hipotireodizm
  • Xoriokarsinoma
  • Nefrotik sindrom
  • Piylənmə
  • Heparinlə müalicə cə sərbəst yağ turşularını yüksəlməsi ilə bağlı olan xəstəliklər
  • Yüksək IgG olan mielomalar
  • Qaraciyərin xroniki xəstəlikləri
  • Porfiriya

T4 səviyyəsinin azalması

  • Birincili hipotireoz (anadangəlmə, endemik zob, autoimmun tireodit, qalxanabənzər vəzidə neoplastik proseslər)
  • Ikincili hipotireoz (Şixan sindromu, hipofizin iltihabı prosesləri)
  • Üçüncülü hipotireoz ( beyin tarvması, hipotalamusun iltihabı prosesləri)
  • Dərman qəbulu – triyodtironin, metimazol, propiltiourasil, qlikokortikoidlər, vərəməleyhinə dərmanlar,  göbələk əleyhinə dərmanlar, hipolipidemik dərmanlar, QSİD,  androgenlər, qıcolma əleyhinə dərmanlar, furosemid