Anti-gliadin IgG antikorları, tərkibində gliadin olan qidaların qəbuluna cavab olaraq, genetik meylli şəxslərin orqanizmində istehsal olunan G sinif immunoqlobulinləridir. Qlüten böyük miqdarda buğda, çovdar, arpa, yulaf və bəzi digər dənli bitkilərdə olur. Qlütenin tərkib hissələrindən biri olan gliadin, spesifik anti-gliadin antikorlarının istehsalı ilə müşayiət olunan immun cavabı formalaşdırır. Qliadinə qarşı antikorlar nazik bağırsağın selikli qişasına yönləndirilir, bu da iltihablı reaksiyaya səbəb olur və selikli qişanın atrofiyasına gətirib çıxarır. Bu immunoloji cavabın nəticəsi çölyak xəstəliyidir.
- Son qida qəbulundan 2 saat sonra.
- Müayinədən 3 saat öncə siqaretdən istifadə etməmək.
- Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
Çölyak xəstəliyinin simptomları olduqda
- dövri qusma, ishal, böyümə geriliyi (uşaqlarda), qarın ağrısı, anemiya
- epilepsiya
- atipik dermatit
- neyropatiya
- osteopeniya
- amenoreya
- sonsuzluq
- ailədə çölyak xəstəliyi
Nəticələrin yüksək olması:
- Gliadinə qarşı həssaslıq (allergiya) olduğunu göstərir və çölyak xəstəliyini təsdiqləyir.