Antimitoxondrial antikorlar, qısaca AMA, mitoxondrial membranın komponentlərinə qarşı yönəlmiş autoantikorlardır.
Antimitoxondrial antikorlar mitoxondriyaya, yəni piruvat dehidrogenaza antigen kompleksinə qarşı yönəlmiş immun sisteminin antikorlarıdır. Antimitoxondrial antikorlar 9 alt tipə bölünür (AMA-M1-dən AMA-M9). Alt tipdən asılı olaraq müxtəlif xəstəlik assosiasiyaları məlumdur. Anti-M2, -M4, -M8 və -M9 antikorları xüsusi olaraq qaraciyər hüceyrələrinin mitoxondriyalarına qarşı yönəldilir və autoimmun xəstəlik olan "ilkin biliyar xolangit" (PBC) zamanı ən kiçik öd yollarının məhv edilməsi ilə əlaqələndirilir.
- Müayinə üçün biomaterial – serum ve ya plazma
- Son qida qəbulundan 2-3 saat sonra
- Müayinədən 1 saat öncə siqaretdən istifadə etməmək
- Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək
Antimitoxondrial antikorlar marker antikorlar hesab olunur və birincili biliar xolangitin (PBC) üç diaqnostik meyarından biridir. Xəstələrin təxminən 95% -ində aşkar edilir.
Həmçinin:
- Sifilis
- Kollagenoz
- Antifosfolipid sindromu
- Xroniki aqressiv hepatit
- Sistemik skleroz və ya lupus eritematosus (qırmızı qurd eşənəyi)
- Sirroz
- Hepatomeqaliya
Xüsusilə orta yaşlı qadınlarda xolestaz fermentlərinin (qamma-GT və qələvi fosfataza) artması ilə yanaşı pozitiv antimitoxondrial antikorlar birincili biliyar xolangit xəstəliyinin əhəmiyyətli göstəriciləridir.
Nəticələrin müsbət olması:
- Birincili biliyar xolangit (antikorlar PBC olan insanların 95% -ində aşkar edilir)
- - Xüsusilə yüksək həssaslıq və spesifikliklə AMA-M2 alt növü.
- - Digər yarımtiplər ikinci dərəcəli əhəmiyyət kəsb edir və fərqli qiymətləndirilir.
- AMA-M1: sifilis və antifosfolipid sindromunda aşkar edilə bilər
- AMA-M3: dərmana bağlı qurdeşənəyində (lupus eritematosus) aşkar edilə bilər
- AMA-M5: kollagenoz və antifosfolipid sindromu ilə əlaqəli
- AMA-M6: MAO inhibitoru ilə əlaqəli hepatitdə aşkar edilə bilər
- AMA-M7: kardiyomiyopatiyalarda aşkar edilə bilər.