Tireoqlobulin –yodlaşmış zülaldır, tireoid hormonların sintezində iştirak edir. Tireoqlobulinə qarşı olan antitellərin təyini Haşimoto xəstəliyi, atrofik autoimmun tireodit, diffuz toksik zob kimi qalxanabənzər vəzinin autoimmun xəstəliklərinin təyinində vacib göstəricidir.
Anti-TQ və Anti-TPO-nun birlikdə yoxlanması əksər hallarda Haşimoto xəstəliyini aşkarlamağa və birincili idiopatik hipotireozu təyin etməyə imkan verir. Haşimoto xəstələrində bir qayda olaraq müalicə zamanı Anti-TQ titri azalır, lakin bəzən elə xəstələr də rast gəlinir ki, Anti-TQ 2-3 il müddətində persistent qalır.
Anti-TQ titri tireoqlobulinə nisbətən daha çox tireotrop hormon ilə korelyasiya edir. Yod defisiti olan regionlarda qalxanabənzər vəzin autoimmun xəstəliklərinin diaqnostikası üçün Anti-TQ istifadə xüsusilə vacibdir.
- Son qida qəbulundan 2 saat sonra.
- Müayinədən 3 saat öncə siqaretdən istifadə etməmək.
- Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
- Qalxanabənzər vəzin xəstəliklərinə şübhələndikdə
- Tireoidektomiya (qalxanabənzər vəzin xaric edilməsi) sonrası
- Sistem autoimmun xəstəliklərdə
Nəticələrin normadan yüksək olması:
- Haşimoto xəstəliyi
- Diffuz toksik zob (Bazedov xəstəliyi, Qreyvs xəstəliyi)
- İdiopatik miksidema
- Tireoidit
- Birincili hipotireodizm
- Qranulyomatoz tireoidit
- Qalxanabənzər vəzin xərçəngi
- Digər autoimmun xəsətəliklər (pernisioyoz anemiya, autoimmun hemolik anemiya, sistem qırmızı qurdeşənəyi, revmatoid artrit, miasteniya)
- 1-ci tip şəkərli diabet
- Autoimmun xəstəliklər törədə biləcək genetik xəstəliklər (Daun sindromu, Klaynfelter sindromu)
Nəticələrin norma daxilində olması xəstəliyin olmaması barədə məlumat verir.