Qan zərdabında neopterin səviyyəsinin öyrənilməsi kəskin və xroniki virus infeksiyalarının aşkarlanması və onların bakterial infeksiyalardan diferensial diaqnostikası üçün universal testdir. Neopterinin yüksək səviyyəsi qızılca, parvovirus infeksiyası, hepatit C və B, HİV, sitomeqalovirus və herpes virus infeksiyalarında müşahidə olunur. Neopterinin yüksək konsentrasiyası vərəmdə aydın hüceyrə immun reaksiyası ilə xarakterizə edilə bilər.
Yoluxucu xəstəliklərin differensial diaqnostikasında neopterinin konsentrasiyasının öyrənilməsi C-reaktiv zülalının və prokalsitoninin konsentrasiyalarının birlikdə öyrənilməsi məqsədəuyğundur.
- Son qida qəbulundan 2 saat sonra.
- Müayinədən 1 saat öncə siqaretdən istifadə etməmək.
- Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
- Virus mənşəli infeksiyalar, İİV (HIV), hepatit B, C;
- Parazitar infeksiyalar;
- Borrelia, Mycobacterium tuberculosis və Helicobacter pylori kimi hüceyrədaxili bakteriyalar tərəfindən törədilən bakterial infeksiyalarda;
- Bəzi autoimmun xəstəliklərdə (revmatoid artrit, sistemli qırmızı qurdeşənəyi, Kron xəstəliyi, xoralı kolit);
- Bədxasəsi şişlərin diaqnostikasında (ginekoloji və hematoloji neoplazmatik proqnozun dəyərləndirilməsində və izlənilməsində, bronx və prostat karsinoması, gastrointestinal şişlər);
- Depressiya zamanı;
- Transplant uyğunsuzluğu baş verdikdə (transpalnatasiya əməliyyatı sonra allergik reaksiyalar);
- Differensial diaqnoz (revmatoid artrit, osteoparoz).
Nəticələrin yüksək olması:
- Virus infeksiyaları;
- Aktiv vərəm;
- Autoimmun xəstəliklər;
- Transplantasiyadan imtina riski;
- Şiş patologiyaları.
Nəticələrin aşağı olması halları baş vermir.