Qan zərdabında neopterin səviyyəsinin öyrənilməsi kəskin və xroniki virus infeksiyalarının aşkarlanması və onların bakterial infeksiyalardan diferensial diaqnostikası üçün universal testdir. Neopterinin yüksək səviyyəsi qızılca, parvovirus infeksiyası, hepatit C və B, HİV, sitomeqalovirus və herpes virus infeksiyalarında müşahidə olunur. Neopterinin yüksək konsentrasiyası vərəmdə aydın hüceyrə immun reaksiyası ilə xarakterizə edilə bilər.

Yoluxucu xəstəliklərin differensial diaqnostikasında neopterinin konsentrasiyasının öyrənilməsi C-reaktiv zülalının və prokalsitoninin konsentrasiyalarının birlikdə öyrənilməsi məqsədəuyğundur.

  • Son qida qəbulundan 2 saat sonra.
  • Müayinədən 1 saat öncə siqaretdən istifadə etməmək.
  • Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
  • Virus mənşəli infeksiyalar, İİV (HIV), hepatit B, C;
  • Parazitar infeksiyalar;
  • Borrelia, Mycobacterium tuberculosisHelicobacter pylori kimi hüceyrədaxili bakteriyalar tərəfindən törədilən bakterial infeksiyalarda;
  • Bəzi autoimmun xəstəliklərdə (revmatoid artrit, sistemli qırmızı qurdeşənəyi, Kron xəstəliyi, xoralı kolit);
  • Bədxasəsi şişlərin diaqnostikasında (ginekoloji və hematoloji neoplazmatik proqnozun dəyərləndirilməsində və izlənilməsində, bronx və prostat karsinoması, gastrointestinal şişlər);
  • Depressiya zamanı;
  • Transplant uyğunsuzluğu baş verdikdə (transpalnatasiya əməliyyatı sonra allergik reaksiyalar);
  • Differensial diaqnoz (revmatoid artrit, osteoparoz).

Nəticələrin yüksək olması:

  • Virus infeksiyaları;
  • Aktiv vərəm;
  • Autoimmun xəstəliklər;
  • Transplantasiyadan imtina riski;
  • Şiş patologiyaları.

Nəticələrin aşağı olması halları baş vermir.