Bağırsaqlarda qaz yaranması əsasən həzm sistemindəki fermentasiya proseslərinin nəticəsidir. Qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlar bağırsaqlarda köp yaradır. Bağırsaqlarda köpün səbəbi qeyri-düzgün qidalanma, stres və ya həzm problemləri ilə əlaqədar ola bilər. Bu normal hal olduğu üçün qazlar çox olmur və insana heç bir narahatlıq verməyərək ağızdan və düz bağırsaqdan xaric olunur və ya qanın tərkibinə sovrulur.
Qazların normadan artıq olması isə patoloji bir prosesdir. Bu proses zamanı müxtəlif pozulmalar- qarın nahiyyəsində ağrı və ağırlıq, qarında qurultu, gəyirmə, süstlük inkişaf edir.
Bağırsaqlarda köpün yaranma səbəbləri:
- qida və ya mayenin tez-tez qəbul olunması nəticəsində həddən artıq miqdarda havanın mədə-bağırsağa dolması.
- kələm, noxud, lobya, alma, balqabaq, qarğıdalı, kartof, qoyun əti, qara çörək, süd, mayonez, qazlı içkilərin köp yaratması.
- həzm prosesinin pozulması, fermentlərin çatışmazlığı, faydalı mikroorqanizmlərin miqdarının azalması, patoloji mikrofloranın artması, bağırsaqların sorulma funksiyasının pozulması.
- bağırsaqların hərəkətliliyinin pozulması nəticəsində, qıcqırma prosesinin inkişaf etməsi.
Ümumiyyətlə, bağırsaqlarda qaz yaranması əsasən həzm sistemindəki fermentasiya proseslərinin nəticəsidir. Bağırsaqlarda köpün səbəbi qeyri-düzgün qidalanma, stres və ya həzm problemləri ilə əlaqədar ola bilər.
Əgər siz bağırsaqlarda köp yaranmasından əziyyət çəkirsinizsə, qastroenteroloq həkimə müraciət edin. Köp müxtəlif və bəzən təhlükəli mədə-bağırsaq sistemi xəstəliklərin simptomu ola bilər.
Bağırsaqda qaz müalicəsi adətən qidalanma vərdişlərinin dəyişdirilməsi, bol su içilməsi və xüsusi dərmanların qəbul edilməsi ilə həyata keçirilir. Sağlamailəyə müraciət edərək bu problemi aradan qaldıra bilərsiniz.